Prezident Bərdədə Qarabağ Regional DOST Mərkəzinin AÇILIŞINDA - YENİLƏNİB/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. 

Qeyd edək ki, DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılıb. Agentliyin DOST mərkəzləri vasitəsilə tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib.

Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,2 faiz təşkil edir. 2025-ci ilədək mərkəzlərin sayının 17-yə (o cümlədən Bakıda 5, regionlarda 12), yerlərdə xidmətlərin təşkili məqsədilə filialların sayının 55-ə çatdırılması planlaşdırılır. 
Bildirildi ki, Qarabağ Regional DOST Mərkəzinin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışacaq, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərəcək. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Qarabağ Regional Dost Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 770 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir. 

Binanın birinci mərtəbəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış dulusçuluq (keramika), floristika, ağacoyma, vitraj və boyama sənəti üzrə əl işlərindən ibarət sərgi təşkil olunub. 
Məlumat verildi ki, hazırda Mərkəzdə 14 yaradıcılıq istiqaməti üzrə 195 benefisiara xidmət göstərilir. Onların 146-sı fərdi müraciət əsasında, 49-u müəssisələrlə fərdi əməkdaşlıq çərçivəsində qəbul olunub. Bu benefisiarların 37 nəfəri 6-10, 59 nəfəri 11-18, 99 nəfəri isə 18 yaşından yuxarıdır. 

Prezident İlham Əliyev Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi ilə də tanış oldu. 

Məlumat verildi ki, Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümlü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar mövcuddur. Burada 48 peşə istiqaməti, o cümlədən dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, santexnik və digər peşələr üzrə tədrisin həyata keçirilməsi üçün infrastruktur yaradılıb. Mərkəzdə bir dəfədə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulub. Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində 20 nəfərlik heyət fəaliyyət göstərəcək. 

Dövlətimizin başçısına ölkəmizdə peşə hazırlığı istiqamətində görülən işlər barədə məlumat verildi. 

Bildirildi ki, hazırda Bakı, Göyçay, Gəncə və Qarabağ Peşə Hazırlığı mərkəzləri fəaliyyət göstərir. DOST Konsepsiyasına uyğun olaraq, Quba, Cəbrayıl, Sabirabad, Şəki, Masallı, Ucar və Şamaxıda da Peşə Hazırlığı mərkəzləri açılacaq. Ümumilikdə 175 peşə və ixtisas üzrə tədris aparılır. Bu sahədə 100-dən çox əlavə təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir. 

Ümumilikdə son beş ildə ölkəmizdə 1 milyondan çox şəxsə məşğulluq xidməti göstərilib, 425 min nəfər işlə təmin olunub. Həmçinin 68 min nəfər özünüməşğulluq xidməti, 20 min nəfər işsizlikdən sığorta ödənişi ilə təmin edilib, 18 min nəfər peşə hazırlığına, 473 min nəfər isə peşəyönümlü xidmətlərə cəlb olunub. Postmüharibə dövründə 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı müvafiq xidmətlərdən yararlanıb. 

Azərbaycan Prezidentinə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məşğulluq tədbirləri barədə də məlumat verildi. 

Qeyd olundu ki, indiyədək 129 min şəxsin təhlili aparılıb. Laçın, Füzuli rayonları, Ağalı və Talış kəndləri üzrə 2257 şəxslə iş aparılır, 200-dək işəgötürənlə əməkdaşlıq qurulub. Şuşaya köçürüləcək əhalidən 19 mindən çox şəxs təhlil olunub, 56 nəfərin məşğulluğu təmin edilib. 

13.20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Bərdə rayonuna GETDİ  












































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quterreş: “BMT-ni qaçılmaz maliyyə çöküşü gözləyir”

Quterreş: “BMT-ni qaçılmaz maliyyə çöküşü gözləyir”

Sumqayıt xəstəxanasında qardaşı arvadını öldürən şəxs HƏBS OLUNMADI

Sumqayıt xəstəxanasında qardaşı arvadını öldürən şəxs HƏBS OLUNMADI

Təbiətə bir həftədə 129 min manatlıq ZİYAN VURULDU

Təbiətə bir həftədə 129 min manatlıq ZİYAN VURULDU

“Fənərbağça” gənc hücumçu ilə ANLAŞDI

“Fənərbağça” gənc hücumçu ilə ANLAŞDI

Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşı HƏBS OLUNDU

Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşı HƏBS OLUNDU

Qaradağın icra başçısı vəzifəsindən AZAD EDİLDİ

Qaradağın icra başçısı vəzifəsindən AZAD EDİLDİ

ABŞ İranın güc strukturlarına və kriptobirjalara qarşı sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İranın güc strukturlarına və kriptobirjalara qarşı sanksiyalar TƏTBİQ ETDİ

Xəstənin komaya düşməsində təqsirləndirilən həkimlər HAKİM QARŞISINDA

Xəstənin komaya düşməsində təqsirləndirilən həkimlər HAKİM QARŞISINDA

Tanınmış türkiyəli müğənni Bakıya GƏLDİ: “Musiqinizin mənə çox təsiri olub” - VİDEO/ÖZƏL

Tanınmış türkiyəli müğənni Bakıya GƏLDİ: “Musiqinizin mənə çox təsiri olub” - VİDEO/ÖZƏL

"Qəbələ" "İmişli"yə, "Sumqayıt" "Karvan-Yevlax"a QALİB GƏLDİ

"Qəbələ" "İmişli"yə, "Sumqayıt" "Karvan-Yevlax"a QALİB GƏLDİ

Ağdamda ağır qəza olub - İki nəfər xəsarət alıb

Ağdamda ağır qəza olub - İki nəfər xəsarət alıb

Bu qış qırıq bir ürəyi sağalda biləcək BÜRCLƏR: Siyahıda kim var?

Bu qış qırıq bir ürəyi sağalda biləcək BÜRCLƏR: Siyahıda kim var?

Hacıqabulda palçıq vulkanı püskürdü - VİDEO/YENİLƏNİB

Hacıqabulda palçıq vulkanı püskürdü - VİDEO/YENİLƏNİB

Avropa Liqasında pley-off cütləri müəyyənləşdi - SİYAHI

Avropa Liqasında pley-off cütləri müəyyənləşdi - SİYAHI

Gəncədə mağazalarda YOXLAMA: Məşhur markaya aid saxta araqlar aşkarlandı - FOTO

Gəncədə mağazalarda YOXLAMA: Məşhur markaya aid saxta araqlar aşkarlandı - FOTO

ABŞ Ukraynaya vəd etdiyi 250 milyon dolları verməyib - KİV

ABŞ Ukraynaya vəd etdiyi 250 milyon dolları verməyib - KİV

Qonşunun evinə soxulub 13 yaşlı qızına təcavüz edənə 18 il HƏBS VERİLDİ

Qonşunun evinə soxulub 13 yaşlı qızına təcavüz edənə 18 il HƏBS VERİLDİ

Qurban Qurbanov Nyukaslda: 21 il əvvəl - VİDEO

Qurban Qurbanov Nyukaslda: 21 il əvvəl - VİDEO

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edildi - FOTO

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edildi - FOTO

Qaz çəkilən kənddə qazsız MƏKTƏB – Bu təhsil müəssisəsi hələ də odunla İSİDİLİR – FOTO

Qaz çəkilən kənddə qazsız MƏKTƏB – Bu təhsil müəssisəsi hələ də odunla İSİDİLİR – FOTO

Marketdə “kömək etdiyi” qadını soydu – ANBAAN VİDEO

Marketdə “kömək etdiyi” qadını soydu – ANBAAN VİDEO

Firdovsi Əliyev müavinini və köməkçisini vəzifədən AZAD ETDİ

Firdovsi Əliyev müavinini və köməkçisini vəzifədən AZAD ETDİ

Yıldız Tilbe Vəfa Şərifovanı bu sözlərinə görə məhkəməyə verəcək – FOTO

Yıldız Tilbe Vəfa Şərifovanı bu sözlərinə görə məhkəməyə verəcək – FOTO

İqtisadi Şuranın iclası KEÇİRİLDİ – FOTO

İqtisadi Şuranın iclası KEÇİRİLDİ – FOTO

End of content

No more pages to load

RADİO