Qazaxda “Venzana” mebel fabriki istifadəyə VERİLDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısına görülən işlər barədə məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Qazaxa GETDİ  


Qeyd olunub ki, fabrik “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılıb. “Saloğlu” müəssisəsi 2000-ci ildən mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də ixrac edilir.

Daxili bazarda mebellər müəssisənin öz mağazalarında və bir çox rayonlarda yerləşən nümayəndəliklərdə istehlakçılara təklif olunur. Müəssisənin illik istehsal gücü 14 min 260 mebel dəstidir. Hazırda müəssisədə 425 nəfər işlə təmin olunub.

Qeyd edilib ki, “Saloğlu” müəssisəsinin istehsal fəaliyyətinin genişləndirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondundan 10 milyon manat güzəştli kredit ayrılıb.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahələrinə dövlətin dəstək proqramı çərçivəsində müəssisəyə 1,4 milyon manat yeni alınan bank kreditinə dövlət zəmanəti verilməklə, kredit faizinin bir hissəsi 3 il müddətinə subsidiyalaşdırılıb.

Digər dəstək mexanizmi kimi, müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci ildə “Müasir mebel istehsalının qurulması” layihəsi üzrə investisiya təşviqi sənədi verilib.

Layihənin icrası çərçivəsində müəssisə tərəfindən 8,4 milyon manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal olunub, müəssisə 1,8 milyon manat məbləğində vergi və rüsumlardan azad edilib.

“Saloğlu” müəssisəsi dünyanın aparıcı mebel şirkətləri ilə sıx əməkdaşlıq edir, mebel istehsalı sahəsində innovativ həllərin, qabaqcıl texnologiyaların və iş təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində çalışır və tətbiq edir.

Bildirilib ki, “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılan “Venzana” mebel fabrikinin təməli Prezident İlham Əliyevin 2016-cı ildə Qazax rayonuna səfəri çərçivəsində qoyulub.

İstehsal sahəsi 18 min kvadratmetr, investisiya dəyəri isə 30 milyon manat olan fabrik il ərzində 12 min dəst yataq, 6 min dəst qonaq otağı mebeli istehsal etmək gücündədir.

Müəssisədə istehsal olunan mebellərin daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya və digər ölkələrə ixracı nəzərdə tutulur. Fabrik işə düşdükdən sonra “Saloğlu” fərdi firmasında ümumilikdə 600 işçi çalışacaq.

Layihənin davamı olaraq 20 hektar ərazidə ümumi dəyəri 27,2 milyon manat olan 4 yeni fabrikin (masa və oturacaq, süngər, metal məmulatları və döşək istehsalı fabrikləri) tikilməsi nəzərdə tutulur.

Layihənin əsas hədəfi bu fabrikin, eləcə də ölkəmizdəki digər mebel istehsalı müəssisələrinin xammal tələbatının yerli istehsal hesabına təmin edilməsidir. Layihənin 2025-ci ildə tamamlanması planlaşdırılır.

Dövlət başçısı “Venzana” mebel fabrikini işə saldı və istehsal prosesi ilə tanış olub.

Qeyd edək ki, bu cür istehsal müəssisələrin istifadəyə verilməsi, onların ən müasir avadanlıqla təchiz edilməsi ölkəmizdə sənaye sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir. Bu həm də daxili bazarın tələbatını ödəmək baxımından müstəsna əhəmiyyət daşıyır.

Qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi istiqamətində görülən işlər həm də yüzlərlə yeni iş yerinin açılmasına imkan yaradır.

Belə istehsal sahələrinin yaradılması həm də onu göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam edir.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

Futzal millimiz Gürcüstana uduzdu

Futzal millimiz Gürcüstana uduzdu

Nazirdən Tural Kərimovla bağlı ƏMR

Nazirdən Tural Kərimovla bağlı ƏMR

End of content

No more pages to load

RADİO