Partiyası qeydiyyatdan keçməyən Razi Nurullayevdən AÇIQLAMA – “Narahatlığımız yoxdur”

“Milli Cəbhə Partiyası real üzvü və real gücü olan bir partiyadır. Partiyanın bütün strukturları işləyir. Ona görə də elə bir narahatlığımız yoxdur”.

Bunu Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat müraciətinə mənfi cavab verilən MCP-nin sədri Razi Nurullayev deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Razi Nurullayevin partiyasının qeydiyyatına Ədliyyə Nazirliyindən MƏNFİ CAVAB


O bildirib ki, Ədliyyə Nazirliyi çox çətin bir işin icrasını həyata keçirir:

“Hər bir partiyanın ən azı 5 min nəfər üzvü ilə əlaqə saxlayıb, dəqiqləşdirmə aparmaq əslində çox çətin bir işdir. Yəqin ki, Nazirlik bu işə yüzlərlə könüllü cəlb edib ki, bu işi aparsınlar. Bu mənada mənim Nazirliyə qarşı heç bir iddiam yoxdur. Doğrudur, çox istərdik ki, çətinliyə düşmədən elə ilk mərhələdəcə qeydiyyatdan keçək. Olsun. Belə də problem yoxdur. 

Mən düşünürəm ki, bu vaxtadək üzvləri araşdırılan partiyalar arasında ən yaxşı vəziyyətdə olan partiyalardan biri də MCP-dir. Ədliyyə Nazirliyinin qənaətinə görə bizim partiyanın 3500 nəfər həqiqi üzvü var. Biz cəmi 5300 nəfərin siyahısını təqdim etmişdik. Di gəlki, elə partiyalar var ki, 8 min, 11 min partiya üzvünün olması barədə arayış verib. Bu qədər saydan vur-tut 1500-2000 üzvü doğru çıxıb. Bizim 5300 üzvümüzdən Nazirliyin dediyi kimi 3500 nəfərində problem yoxdur. Belə götürəndə 4500-ə yaxın real üzvümüz var. Biz yaxın zamanda bu məsələni həll edəcəyik”. 

Razi Nurullayev onu da qeyd edib ki, bu siyasi partiyalar üçün bir şokterapiyadır:

“Artıq hər kəs gücünü biləcək. Üzvlük məsələsi daha şəffaf həll olunur. Çünki, bəzi partiyalar iddia edirdilər ki, onların 100 min, 200 min üzvləri var. Ola bilsin ki, SSRİ dağılandan sonra insanlar kütləvi şəkildə başqa partiyalara üzv olmuşdular. Amma bu o demək deyil ki, o üzvlərin hamısı hələ də o partiyaların üzvləridir. Bu mənada bu saf-çürük etmə bütün siyasi partiyalar üçün maraqlıdır. Bir ay vaxtımız var. İnanıram ki, Ədliyyə Nazirliyində ilk qeydiyyata alınan partiyalardan biri də MCP olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

Futzal millimiz Gürcüstana uduzdu

Futzal millimiz Gürcüstana uduzdu

End of content

No more pages to load

RADİO