“İndi top Qırmızı Xaç Komitəsindədir, düşünüb seçim etsinlər” – Elman Nəsirov 

Xəbər verildiyi kimi Azərbaycan Prezidenti  İlham Əliyevin bu günlərdə “Euronews” televiziyasına müsahibəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağdakı ofisinin Bakı ofisinə yox, İrəvandakı ofisə tabe olmasının yolverilməz olduğunu bəyan etdi.

Azərbaycanın bu vəziyyətlə barışmaq niyyətində olmadığını diqqətə çatdıran ölkə başçısı çıxışı ilə Qırmızı Xaç Komitəsinin Xankəndidəki təmsilçiliyinin ya Bakı ofisinə tabe olmasını, ya da bütövlükdə Azərbaycandakı fəaliyyətinə son qoyulacağı xəbərdarlığını verdi.

Qarşı tərəfin hansı seçimi edəcəyi və məsələ ilə bağlı nə mövqe sərgiləyəcəyi məsələsi aktual olaraq qalır.  

Hələki səssizik nümayiş etdirən Komitə Bizim.Media-nın da bu istiqamətdəki suallarını cavabsız qoyub. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan ictimaiyyəti və xalqımız Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətindən çox narazıdır:
 

MÖVZU İLƏ BAĞLI:

BQXK-nın “Le Monde” qəzetinə İKİBAŞLI CAVABI


“Məlum olur ki, ikinci Qarabağ müharibəsi dövründə də onlar bir çox hallarda öz missiyasına uyğun davranış ortaya qoymayıblar.

Komitənin  missiyası humanitar mahiyyət daşısa da, qurum informasiya daşımaq, qaçaqmalçılığa şərait yaratmaq və daha ağır digər cinayətlərdə bilavasitə vasitəçilik edib. Artıq bu istiqamətdə təkzibolunmaz faktlar ortaya çıxıb. 

Əlbəttə ki, Azərbaycan ictimaiyyətində haqlı olaraq suallar yaranır ki, necə ola bilər ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi, eyni zamanda da Xankəndidə onların təmsilçiliyi olsun. Xankəndi Azərbaycanın bir şəhəridir və Azərbaycan ərazisidir. Belə dualist bir fəaliyyət qəbuledilməzdir”. 

Elman Nəsirov əlavə edib ki, haqlı olaraq Azərbaycan dövləti bu məsələyə çox ciddi yanaşır və prinsipial mövqe ortaya qoyur:

“Mövqe də ondan ibarətdir ki, ya Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki təmsilçiliyi Bakı ofisinə tabe olmalıdır, ya da onlar bunu etməyəcəkləri təqdirdə bütövlükdə bu qurumun Azərbaycandakı fəaliyyətinə son qoyulmalıdır.

Artıq bununla bağlı müvafiq xəbərdarlıq həyata keçirilib. İndi top Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindədir. 

Düşünsünlər və öz əməllərinə qiymət versinlər. Buraxdıqları səhvləri, bilərəkdən yol verdikləri hüquq pozuntularını etiraf etsinlər və Azərbaycanın məlum tələbi qarşısında da seçim etsinlər. Məsələ bu qədər konkret və aydındır. Biz Azərbaycan dövləti olaraq qarşı tərəfdən mövqe ortaya qoymasını gözləyirik”, - deyə deputat qeyd edib.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

Futzal millimiz Gürcüstana uduzdu

Futzal millimiz Gürcüstana uduzdu

Nazirdən Tural Kərimovla bağlı ƏMR

Nazirdən Tural Kərimovla bağlı ƏMR

End of content

No more pages to load

RADİO