Qərbi Azərbaycan İcması Quterreşi Ermənistana xüsusi missiya göndərməyə ÇAĞIRDI 

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, İcma məktubda Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasını təmin etmək barədə İcmanın dialoq təklifindən Ermənistanın yayınması, qayıdış hüququnu inkar etməsi və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına mane olan təxribatlar törətməsi barədə məlumat verib və Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməsi üçün bu ölkəyə təsir etməyə, qayıdış prosesinə yardım etmək üçün Ermənistana BMT-nin xüsusi missiyasını göndərməyə çağırıb. 

Məktubda deyilir: 

“Qərbi Azərbaycan İcması tərəfindən Zati-alinizəünvanlanmış 7 aprel 2023-cü il tarixli məktubda da nəzərinizə çatdırıldığı kimi, Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətlə geri qayıtması çağırışının davamı olaraq son dərəcə vacib bir məsələ ilə bağlı Zati-alinizə bu məktubu yazırıq. 

İcma, Ermənistan hökuməti tərəfindən böyük əzab-əziyyətlərə məruz qalmasına baxmayaraq, uzun müddətdir davam edən bu problemin sülh yolu ilə həllinə nail olmaq üçün barışıq, dialoq və anlaşmaya sarsılmaz sadiqlik nümayiş etdirir.

Biz 11 mart 2023-cü il tarixində Ermənistanın Baş naziri Nikol Paşinyana yazılı müraciət ünvanlayaraq onu bizimlə xoş məramla dialoqa başlamağa və Ermənistanın azərbaycanlıları öz evlərindənqovaraq onları onilliklər boyu məruz qoyduğu ədalətsizliyi aradan qaldırmağa çağırdıq. Ermənistanın Baş nazirinə ünvanladığımız məktubun surəti bu məktuba əlavə olunur. 

Bununla belə, təəssüflə bildiririk ki, Ermənistan hökuməti İcmanın dialoq çağırışına cavab verməyib. Ermənistan hökuməti nəinki bizim dialoq çağırışımız qarşısında susqunluq nümayiş etdirir, həm də bizim dədə-baba torpaqlarımıza qayıtmağa hüququmuz təkəbbürlə inkar edərək didərgin salınmış icmamızın iztirablarını daha da artırır. 

Üstəlik, Ermənistan Azərbaycanda yaşayan etnik ermənilər arasında separatçılıq meyllərini təhrik etməyə və qızışdırmağa davam edir, Azərbaycan hökumətinin onların reinteqrasiyası istiqamətində səylərini sabotaj etməyə yönəlmiş addımlar atır. Ermənistanın bu hərəkətləri regionda sülh və barışıq əldə etmək perspektivlərini sarsıdır. 
Birləşmiş Millətlər Təşkilatının üzvü kimi Ermənistanın insan hüquqları sahəsində konkret öhdəlikləri var. Ermənistan Qərbi Azərbaycan İcmasının haqlı tələblərini yerinə yetirməli, yurd-yuvamıza qayıdışımız məsələsinin tezliklə öz həllini tapması üçün bizimlə konstruktiv müzakirələrə qoşulmalıdır. 

Separatçı meyllər və silahlı təcavüzün tüğyan etdiyi bölgəmizdə İcmanın dialoqa sadiqliyi və beynəlxalq hüquqa hörməti ruhlandırıcı nümunə kimi alqışlanmalıdır. Qərbi Azərbaycan İcmasının mövqeyi təqdirə və dəstəyə layiqdir, çünki o, qayıdış hüququ üçün mübarizəsində sülh, barışıq və ləyaqət kimi dəyərləri, eləcə də dövlətlərin ərazi bütövlüyünə hörməti əsas tutmuşdur. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Ermənistan hökumətinin İcmanın insan hüquqları, sülh və reinteqrasiyaya əsaslanan dialoq çağırışına yubanmadan cavab verməsini təmin etmək məqsədilə Zati-alinizinxoşməramlı səylərinə və diplomatik nüfuzuna səmimiyyətlə müraciət edirik.

Biz dinc və yanaşı yaşamanın vacibliyini vurğulayaraq, Ermənistanın beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməsini və beləliklə bizim təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmaq hüququmuzu təmin etməsini gözləyirik. 

Bundan əlavə, BMT-dən xahiş edirik ki, Ermənistanı Azərbaycan hökumətinin Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası üzrə səylərini sabotaj etmək məqsədi daşıyan təxribatlardan çəkindirmək üçün lazımi tədbirlər görsün. 

Biz həmçinin bu fürsətdən istifadə edərək, Zati-alinizdənİcmanın əvvəlki məktubunda xahiş edildiyi kimi, qovulmuş azərbaycanlıların təhlükəsiz, ləyaqətli və könüllü şəkildə Ermənistana geri qaytarılmasına kömək etmək, habelə azərbaycanlıların qayıdacaqları ərazilərin bərpasına və yenidən qurulmasına yardım etmək və barışığı dəstəkləmək üçün Ermənistana BMT-nin idarələrarasımissiyasının göndərilməsi kimi konkret addımların atılmasına dair bir daha çağırış edirik. 

Bundan əlavə, Zati-alinizdən xahiş edirik ki, BMT-nin Azərbaycandakı nümayəndəsinə sülh və insan hüquqları gündəmimizə aid məsələlərlə bağlı icmamızla dialoqa başlamaq barədə göstəriş verəsiniz.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəzifəsində çalışdığınız müddətdə qaçqınların üzləşdiyi çətinliklərləbağlı əldə etmiş olduğunuz şəxsi biliklərinizə müraciət edirik.

Biz Ermənistandan zorla qovulmuş azərbaycanlıların iztirablarının və onların geri qayıtmaq hüququnun həllində Sizin həmrəyliyinizə və məsələyə dərin anlayışınıza bel bağlayırıq. 

Biz ümid edirik ki, Sizin hörmətli rəhbərliyiniz altında Birləşmiş Millətlər Təşkilatı Qərbi Azərbaycan İcmasının haqq işinə kömək edəcək və uzun müddətdir davam edən bu problemin həllində bizim dinc dialoq təşəbbüsümüzün tərəfdarı olacaq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

Londonda müsəlman miqrantlara qarşı ETİRAZLAR başladı - VİDEO

Londonda müsəlman miqrantlara qarşı ETİRAZLAR başladı - VİDEO

Qızı Əməkdar artisti ölüm ildönümündə belə XATIRLADI - FOTO

Qızı Əməkdar artisti ölüm ildönümündə belə XATIRLADI - FOTO

Alimlər qidalanma ilə əhval-ruhiyyə arasında əlaqənin sirrini AÇDILAR

Alimlər qidalanma ilə əhval-ruhiyyə arasında əlaqənin sirrini AÇDILAR

Bu il ölkədə 1,6 milyon şagird TƏHSİL ALACAQ

Bu il ölkədə 1,6 milyon şagird TƏHSİL ALACAQ

Balakəndə küçədə atasını söyən şəxs HƏBS EDİLDİ

Balakəndə küçədə atasını söyən şəxs HƏBS EDİLDİ

Zelenski: "Putinin PUA-ları təkcə Polşaya yox, Avropaya təhlükədir" - VİDEO

Zelenski: "Putinin PUA-ları təkcə Polşaya yox, Avropaya təhlükədir" - VİDEO

“İmişli” “Sumqayıt”a qalib gəldi - VİDEO

“İmişli” “Sumqayıt”a qalib gəldi - VİDEO

Elbrus dağında kanatın qırılması ilə 25 nəfərlik alpinist qrupu dərəyə düşdü - VİDEO

Elbrus dağında kanatın qırılması ilə 25 nəfərlik alpinist qrupu dərəyə düşdü - VİDEO

Məcburi köçkünləri təhqir edən aparıcının verilişi də bağlandı - İşdən ayrıldı

Məcburi köçkünləri təhqir edən aparıcının verilişi də bağlandı - İşdən ayrıldı

“Mançester Siti” bu futbolçu ilə müqaviləni UZATDI

“Mançester Siti” bu futbolçu ilə müqaviləni UZATDI

Polşa ordunu modernləşdirir, könüllülər CƏLB EDİR

Polşa ordunu modernləşdirir, könüllülər CƏLB EDİR

Bu bürclər tezliklə sevgiləri ilə QARŞILAŞACAQ

Bu bürclər tezliklə sevgiləri ilə QARŞILAŞACAQ

Bir sıra avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR

Bir sıra avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR

Xırdalanda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - FOTO

Xırdalanda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - FOTO

Çin ABŞ-a NOTA VERDİ

Çin ABŞ-a NOTA VERDİ

Nuri Şahin bu klubun baş məşqçisi oldu

Nuri Şahin bu klubun baş məşqçisi oldu

Bakıda 10 yaşlı uşaq İTKİN DÜŞDÜ

Bakıda 10 yaşlı uşaq İTKİN DÜŞDÜ

End of content

No more pages to load

RADİO