Öz ayıbına kor olan Fransadan NÖVBƏTİ TƏXRİBAT – Parisin bitmək bilməyən ERMƏNİ SEVDASI

Fransanın  “siyasi elitası” növbəti bir biabırçılığa imza atıb. Ölkənin 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi beynəlxalq hüququ tapdalayaraq Fransa prezidenti Emmanuel Makrona müraciət ediblər. Müraciətin də qısa məzmunu ondan ibarətdir ki, Fransa hökuməti Qarabağdakı qondarma rejimi dəstək vermək məqsədi ilə Azərbaycana qarşı təzyiqləri artırmalıdır. Bunun üçün bütün vasitələrdən istifadə edilməlidir. 
 

MÖVZU İLƏ BAĞLI:

“Fransa Cənubi Qafqazda sabitliyi pozur” – Kanada MƏTBUATI 


Müraciətdə həyasızcasına qeyd edilir ki, Fransa qüdrətli Rusiyanı belə cəzalandıra bildiyi halda Azərbaycana qarşı qətiyyət nümayiş etdirmir:

“İndiki hadisələr göstərir ki, biz Moldova sərhədlərində öz qüvvələrimizi necə yerləşdirməyi də bilirik. Lakin, bizim “Dağlıq Qarabağ”ın xeyrinə dəfələrlə etdiyimiz çağırışlara qulaq asmamaq, ordakı ermənilərin xeyrinə qətiyyətli tədbirlər görməmək rəsmi Parisin Azərbaycanın mövqeləri ilə şərik olduğu təsəvvürü yaradır”.

Erməni diasporunun avroları öz işini görür.

Səsləndirilən fikirlərdən göründüyü kimi Fransanın aktiv “siyasi elitası” rəsmi Parisi iqtisadi və hərbi təzyiqlərə sövq etmək istəyir. Üstəlik, sadə rusları sanksiyalar bataqlığında boğmalarından ilham alaraq Moldavaya hərbi təcavüzün vacibliyini qeyd edirlər. Ən başlıcası isə müstəqil siyasət yürüdən Azərbaycanı cəzalandırmğın vacibliyi dönə-dönə vurğulanır. 

Göründüyü kimi erməni diasporunun pulları ilə gözləri örtülən fransalı siyasilərin gözü heç nəyi görmür. Aldıqları milyonlardan havalanaraq hətta Azərbaycanın suverenliyinə qarşı hörmətsiz fikirlər səsləndirirlər.

Azərbaycanın daxili işinə qarışmaq və Xankəndindəki “məzlum ermənilər”in harayına çatmağın vacibliyindən dəm vururlar. 

Lakin erməni diasporunun pul kisəsindən asılı olan fransız siyasilər bir şeyi unudur ki, Azərbaycanla güc dilində danışmağın dövrü çoxdan keçib. Azərbaycan özünün suveren hüquqlarına və beynəlxalq qanunlara söykənən möqeyini bundan sonra daha sərt şəkildə ortaya qoyacaq. 

Fransız siyasilər “məzlum emənilər”in halına ağlamaqdansa Fransa hökmətinin öz xalqına antihumanist və qeyri-insani davranışları qeydinə qalsınlar. Fransada aylarla davam edən ixtişaların səbəblərinin aradan qaldırılması üçün Makrondan hesab tələb etsinlər. 

O ki qaldı Qarabağda yaşayan ermənilərə...

Qoy fransız siyasilər narahat olmasın. Azərbaycan dövləti digər vətəndaşlar kimi Azərbaycan qanunları ilə yaşamaq istəyən hər bir erməninin də qayğısına qalmağa və sosial müdafiəsini təşkil etməyə hazırdır.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Asim Mollazadə Makrona ünvanlanmış bu müraciətin əsl səbəblərini açıqlayıb:

“Fransada çox zəngin və fəal erməni diasporu var. Bu diaspora siyasi korrupsiya ənənələrindən istifadə edərək Fransanın həm qanunvericilik, həm də icra hakimiyyətinə öz təsirini göstərir. Və korporativ maraqlardan qaynaqlanan qərarlar təbii ki, beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqdadır. 

Amma görünən odur ki, siyasi korrupsiya Fransada beynəlxalq hüquq normalarından daha üstündür, daha güclüdür. Burda bir məsələ də var. O da bundan ibarətdir ki, erməni diasporu münaqişənin həllini istəmir. Onların istəyi münaqişənin davam etməsi və bu münaqişələr hesabına daha çox iqtisadi dividend əldə etməkdir. 

Erməni diasporunu Ermənistandakı və Qarabağdakı ermənilərinin taleyi qətiyyən maraqlandırmır. Belə olmasa idi, onda diaspora sülhün əldə edilməsinə təşəbbüs göstərərdi. Amma bu vaxtadək erməni diasporundan belə bir addımı görməmişik”.

Millət vəkili təəssüflə qeyd edib ki, Makrona müraciət edən senator, deputat və ərazi orqanlarının nümayəndələri ölkədə davam edin iğtişaşlarla bağlı nədənsə susurlar:

“Həmin şəxslər doğrudan da bu qədər insansevərlərdirsə onda Fransa hökümətinin son vaxtlar apardığı antihumanitar siyasəti ilə bağlı Makrona müraciət etsinlər. Afrikada Fransanın törətdiyi qətlimalarla bağlı etiraz səslərini qaldırsınlar. Biz bunu görə bilmərik. Çünki, Fransanın əksər senator və deputatları ermənilərin pul kisəsindən asılıdırlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

End of content

No more pages to load

RADİO