İran niyə Urmiya gölünə QƏNİM KƏSİLİB? – Qorxunc planın PƏRDƏARXASI

Uzun illərdir ki, İranın Qərbində yerləşən Urmiya gölü qurumaqda davam edir. Son 20 ildə İran rejiminin fəaliyyəti nəticəsidə göl tamamilə quruyaraq, 90 faiz kiçilib. 2022-ci ilin məlumatına görə, 2006-cı ilə qədər gölün 30 milyard³ olan suyu azalaraq, hazırda 1 milyard³ düşüb.

Əvvəllər dərinliyi 6-7 metrə qədər olan gölün indi dərinliyi 1 metrdir.Mokka rejimi gölün qurudulmasına qarşı keçirilən etiraz aksiyalarını da amansızcasına yatırıb. 

Eyni zamanda, Tehran beynəlxalq təşkilatların bu barədə həyəcanına da əhəmiyyət vermir. BMT-nin müvafiq qurumları məsələ ilə bağlı həyacan siqnalı versələr də, rejim 10 ildən çoxdur ki, BMT nümayəndələrini də bölgəyə buraxmır. 

Son həftələrdə isə gölün vəziyyəti daha da acınacaqlı hal alıb. Ekoloqların fikrincə, heç bir tədbir görülməsə növbəti ilin yayında Urmiya tamamilə quruya bilər.

Görəsən, İran Urmiya gölünün qurudulmasına niyə göz yumur? 

Bizim.Media-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirir ki, gölün qurudulması Tehran hakimiyyətinin marağındadır.

Bununla molla rejimi həmin ərazidə azərbaycanlıların kompakt yaşamasının qarşısını almağa çalışır: 

“İran Urmiya gölünün qurumasına sadəcə göz yummur. İran bunu məqsədyönlü şəkildə edir. İrandakı müstəqil ekspertlər müəyyən edib ki, Urmiya gölünün qurudulmasında əsas rolu elə dövlətin özü oynayıb. Onların dediyinə görə, bu prosesdə dövlətin rolu 75 faizə qədərdir. 
Gölün qurumasına təsir edən digər amillər isə təbii hadisə və fəlakətlərlə bağlıdır. Göldə yaranan bu acınacaqlı vəziyyətin ardınca, külək vasitəsilə göldən qalxan zəhərli duz insanların zəhərlənməsinə səbəb olur. Nəticədə ərazidə yaşayan insanlar kənd təsərrüfatı və digər sahələrlə məşğul ola bilmir.    

Bu da onu göstərir ki, sözügedən gölün qurudulması İran dövlətinin marağındadır və bu proses Tehranın öz nəzarəti altında həyata keçirilir. Bu isə İran xalqına, xüsusən də orada yaşayan azərbaycanlılara qarşı molla rejiminin apardığı genosid siyasətidir. Müxtəlif versiyalara görə, həmin gölün ətrafında kompakt şəklində 6-10 milyona yaxın azərbaycanlı yaşayır.

Tehran rejimi də bu gölü qurutmaqla ərazidə yaşayan insanların oradan çıxarılmasına nail olmaq istəyir.

Başlıca məqsəd azərbaycanlıların bir yerdə kompakt yaşamasının qarşısını almaqdır. Bununla rejim azərbaycanlıların İranın daxilində məskunlaşmasına və bir millət olaraq, zamanla məhv edib, farslaşdırılmasına çalışır. Son on ildə aparılan müşahidələr göstərir ki, İran nəinki gölün qurumasının qarşısını almaq üçün real tədbirlər görmür, hətta özü prosesin tez bir zamanda baş verməsinə çalışır. Ona görə də gölün qurumasının qarşısını almaq üçün heç bir real addım atmır”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Zirə” braziliyalı müdafiəçi ilə ANLAŞDI

“Zirə” braziliyalı müdafiəçi ilə ANLAŞDI

Bakı metrosunda iş saatı uzadılacaq

Bakı metrosunda iş saatı uzadılacaq

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

Xanımı Messini belə təbrik etdi – FOTO

Xanımı Messini belə təbrik etdi – FOTO

Şuşadakı abidələrin korlanması QADAĞAN EDİLDİ

Şuşadakı abidələrin korlanması QADAĞAN EDİLDİ

"İçərişəhər"lə bağlı YENİ QADAĞA

"İçərişəhər"lə bağlı YENİ QADAĞA

Yalçın Rəfiyev və Samir Şərifova fövqəladə və səlahiyyətli səfir rütbəsi VERİLDİ

Yalçın Rəfiyev və Samir Şərifova fövqəladə və səlahiyyətli səfir rütbəsi VERİLDİ

Bir qrup diplomata diplomatik rütbələr verildi – ADLAR

Bir qrup diplomata diplomatik rütbələr verildi – ADLAR

İrandan ABŞ-a CAVAB: Küveyt və Bəhreyn ballistik raketlərlə belə vuruldu – ANBAAN VİDEO

İrandan ABŞ-a CAVAB: Küveyt və Bəhreyn ballistik raketlərlə belə vuruldu – ANBAAN VİDEO

Ağdamda güclü yanğın - FOTO

Ağdamda güclü yanğın - FOTO

Xaçmazda əməliyyat: 2 nəfər HƏBS OLUNDU - VİDEO

Xaçmazda əməliyyat: 2 nəfər HƏBS OLUNDU - VİDEO

Rusiya Ukraynada İlon Maskın peyk internet şəbəkəsini sıradan çıxarmaq üçün YENİ ÜSUL TAPDI

Rusiya Ukraynada İlon Maskın peyk internet şəbəkəsini sıradan çıxarmaq üçün YENİ ÜSUL TAPDI

Kiyev vilayətində dəhşətli mənzərə: 400-dən çox ev yararsız hala düşüb – VİDEO

Kiyev vilayətində dəhşətli mənzərə: 400-dən çox ev yararsız hala düşüb – VİDEO

İyulun 12-də qəbul imtahanı keçiriləcək – İştirakçıların SAYI

İyulun 12-də qəbul imtahanı keçiriləcək – İştirakçıların SAYI

Doğma yurda köçənlərə evlərinin açarları təqdim olundu – FOTO

Doğma yurda köçənlərə evlərinin açarları təqdim olundu – FOTO

Ukrayna dronu Tararıstandakı zavodu yerlə-yeksan etdi – VİDEO

Ukrayna dronu Tararıstandakı zavodu yerlə-yeksan etdi – VİDEO

Əjdər Məcidov vəfat etdi

Əjdər Məcidov vəfat etdi

82 yaşlı Nebahat Çehre Bodrumda- Fotolar

82 yaşlı Nebahat Çehre Bodrumda- Fotolar

Bu gün təltif olunan generallar kimlərdir?- DOSYE

Bu gün təltif olunan generallar kimlərdir?- DOSYE

Ukraynanın Krımla bağlı PLANI - Rusiya belə cəzalandırılacaq

Ukraynanın Krımla bağlı PLANI - Rusiya belə cəzalandırılacaq

Tramp: “İran hakimiyyəti öz xalqını öldürüb” – VİDEO

Tramp: “İran hakimiyyəti öz xalqını öldürüb” – VİDEO

Namiq İslamzadə və Ələkbər Cahangirov təltif olundu – FOTO

Namiq İslamzadə və Ələkbər Cahangirov təltif olundu – FOTO

Kənan Seyidova birinci müavin təyin edildi

Kənan Seyidova birinci müavin təyin edildi

End of content

No more pages to load

RADİO