Sosial şəbəkələrdə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədovun səhhətində problem yaranması, hətta insult keçirməsi barədə xəbərlər yayılıb.
Məsələni dəqiqləşdirmək üçün Etibar Məmmədovla əlaqə saxladıq.
O, Bizim.Media-ya açıqlamasında gülərək bildirib ki, yaxşı ki, öldüyünü yazmayıblar:
“Yazırlar də. Boş-bekar adamlardır… Yalan söhbətdir. Səhhətimdə heç bir problem yoxdur. Gündəlik işlərimlə məşğulam”.
Surxay Atakişiyev, Bizim.Media