Qərbi Azərbaycan İcmasından Avrop Şurasının Baş Katibinə CAVAB  

"Avropa Şurasının Baş Katibi Mariya Pejçinoviç Buriçin Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri üçün təchizat məsələsi ilə bağlı 2023-cü il 28 iyul tarixli qərəzli bəyanatına cavab olaraq, Qərbi Azərbaycan İcması Avropa Şurasının Ermənistanın fırıldaqçı təbliğatını dəstəkləməsindən və ikili standartlar nümayiş etdirməsindən ciddi narahatlığını bildirir". 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. 

Qeyd edilib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı cəfəngiyyatdır: 

"Belə ki, Ermənistanın göstərişi ilə bir qrup separatçı cinayətkar Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağbölgəsində ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq, Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün eksklüziv yol tələb edirlər.

Azərbaycanın Qarabağ bölgəsində 10 minlik hərbi kontingenti üçün hər vəchlə təchizat yolu axtaran Ermənistan bu mənfur cəhdləri iləAzərbaycanı şantaj etməyə, Azərbaycanın sözügedən ərazisi üzərində suverenliyini zəiflətməyə və orada separatizm meyllərini gücləndirməyə çalışır. 

Bu baxımdan, Ermənistanın “humanitar böhran” barədə saxta rəvayətlərinin Avropa Şurasının son bəyanatında öz əksini tapması təəssüf doğurur. 

Ermənistanın etnik təmizləməsindən əziyyət çəkən yüz minlərlə azərbaycanlını özündə birləşdirən Qərbi Azərbaycan İcması 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş bir milyona yaxın azərbaycanlıların çəkdikləri iztirablarına məhəl qoymayan Avropa Şurasının ikili standartlarını və riyakarlığını sərt şəkildə qınayır.

Xatırladaq ki, Ermənistan kütləvi qovulma və etnik təmizləmə qurbanı olan Qərbi azərbaycanlılarıhələ də öz ata-baba yurdlarına qayıtmaq hüququnu rədd edir. 

Özünü “insan haqlarının qoruyucusu” adlandıran Avropa Şurası Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalmış yüz minlərlə azərbaycanlıların hüquqlarına biganəliyi fonunda, sözügedən saxta “humanitar böhrana” dərhal diqqət yetirməsi onun qərəzliliyini ortaya qoyur.
Bu, Şuranın Nizamnaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə ziddir. 

Avropa Şurası qovulmuş azərbaycanlıların Ermənistandakı evlərinə qayıtmaq hüquqlarını fəal şəkildə müdafiə etməli və onlara qarşı törədilmiş ədalətsizliyin aradan qaldırılmasına töhfəsini verməlidir. 

Biz Avropa Şurasını öz mövqeyinə yenidən baxmağa, Ermənistanın yalançı təbliğatını rədd etməyə, azərbaycanlılara qarşı nümayiş etdiridiyi qərəz və ayrı-seçkiliyinə son qoymağa və ədalətə sadiqliyini qorumağa çağırırıq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

End of content

No more pages to load

RADİO