Prezident Tomas Qoltzun vəfatı ilə əlaqədar ailəsinə başsağlığı VERİB

Prezident İlham Əliyev amerikalı yazıçı Tomas Qoltzun vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verib.

Bizim.Media xəbır verir ki, başsağlığında deyilir:

Məşhur jurnalist, yazıçı, publisist, Azərbaycanın böyük dostu Tomas Qoltzun vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Tomas Qoltz uzun illərdən bəri jurnalistika sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə böyük nüfuz qazanmış, dərin araşdırmaları, hərtərəfli, qərəzsiz təhlilləri və məqalələri ilə “qaynar” münaqişə nöqtələrində sülhə və barışığa nail olunmasına töhfə vermişdir.

Tomas Qoltz Azərbaycanın böyük dostu idi. O, Azərbaycana dəfələrlə səfər etmiş, ölkəmizin ən əhəmiyyətli tarixi anlarına şahidlik etmişdir. Azərbaycanda ona hər zaman xüsusi hörmət və rəğbətlə yanaşmışlar.

Tomas Qoltz 1992-ci ilin fevralında Xocalı soyqırımından sonra faciə ilə bağlı dünya ictimaiyyətinə məlumatları çatdıran ilk jurnalistlərdən idi. Onun artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı məqalələrin, kitabların və çəkdiyi filmlərin Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əvəzsiz töhfəsi olmuşdur.
Tomas Qoltzun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə aralarında mövcud olmuş hörmət və ehtiramı, səmimi dostluq münasibətlərini yüksək tuturam.

Onunla görüşlərimi və söhbətlərimi və xüsusilə də bu ilin mayında Şuşadakı görüşümüzü həmişə ən xoş təəssüratlarla xatırlayıram. Tomas Qoltzun parlaq xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Bu ağır anlarda dərdinizi bölüşür, Mehriban xanım ilə birlikdə ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

End of content

No more pages to load

RADİO