Emin Hüseynov QDF-in donorları ilə Qarabağa qayıdışı MÜZAKİRƏ ETDİ - FOTO 

İyulun 27-də Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirakı ilə QDF-in donor və tərəfdaşları olan ölkənin aparıcı şirkətlərinin və ictimaiyyətin nümayəndələri arasında görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, “Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində təşkil olunan və “Yüksəliş” müsabiqəsinin qaliblərinin də iştirak etdikləri görüşdə Qarabağda həyata keçirilən bərpa və quruculuq prosesi, bu sahədə biznes, cəmiyyət və dövlət strukturları arasında əməkdaşlığın inkişafı, keçmiş məcburi köçkünlərin Qarabağa qayıdışı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Qarabağ: Yenidənqurma və inkişaf, regionun investisiya imkanları” mövzusunda təqdimatla çıxış edərək, işğaldan azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlı geniş məlumat verib. 
Bərpa və yenidənqurma prosesinin çox sürətlə getdiyini deyən Emin Hüseynov işğaldan azad olunan ərazilərin bərpası üçün ilin sonunadək sərf ediləcək vəsaitin həcminin 12 milyard manata çatacağını diqqətə çatdırmaqla yanaşı, bu vəsaitin ildən-ilə artacağını vurğulayıb. 

İşğaldan azad olunan ərazilərdə yaradılan infrastruktur layihələri ilə bağlı məlumat verən Emin Hüseynov həmin ərazilərin böyük kənd təsərrüfatı, iqtisadi və turizm potensialının olduğunu , bərpa prosesi başa çatdıqdan sonra bu potensiallardan geniş istifadə ediləcəyini bildirib. 

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin sürətlə davam etməsi ilə bağlı fikirlərini bölüşüb, QDF-in donorlarının iştirakı ilə keçirilən görüşlərin bu prosesə öz töhfəsini verdiyini söyləyib.

O deyib: “Daha əvvəl keçirilən görüşlərimiz zamanı daha çox düşmənin torpaqlarımızda törətdiyi dağıntılardan, zərərdən danışırdıq. Bu gün isə daha çox bərpa və quruculuq işlərindən danışırıq. Bu çox sevindirici haldır”. 

Zərərin miqyasının olduqca böyük olduğunu deyən İdarə Heyətinin sədri hər kəsi bərpa prosesində fəal olmağa çağırıb. “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa işlərini öz imkanları, öz resursları hesabına edir.

Kimdənsə kömək gözləməməliyik. Müharibə dövründə olduğu kimi həmrəylik nümayiş etdirməli, öz torpaqlarımızı özümüz bərpa etməliyik. Birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər”, - deyə o vurğulayıb. 
Sonra görüş müzakirələrlə davam edib. Bir saata yaxın davam edən müzakirələr zamanı tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, Qarabağın bərpa və quruculuq prosesində şirkətlərin rolu, işğaldan azad olunan ərazilərdə gənclərin işlə təmin olunması, Böyük Qayıdış prosesi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

End of content

No more pages to load

RADİO