Moldova Azərbaycanla hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

İyulun 28-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Moldovanın Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya məlumat verilib. 

Azərbaycan və Moldova arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan nazir digər sahələrlə yanaşı, hüquqi əlaqələri qeyd edib, imzalanmış ikitərəfli sənədlərin əhəmiyyətindən danışıb. 

Ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edən qonaq hüquqi sahədə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu söyləyib, ölkəsində prokurorluq və məhkəmə sistemində islahatların aparıldığını bildirərək Azərbaycan təcrübəsinə maraq göstərib. 

Nazir bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun aparılan və beynəlxalq aləmdə təqdir olunan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib, nümayəndə heyətinin maraq doğuran çoxsaylı suallarını cavablandırıb. 

Eyni zamanda hər iki ölkədə korrupsiyaya qarşı mübarizənin prioritet olduğu vurğulanaraq F.Məmmədov vitse-prezidenti olduğu və Azərbaycanın aktiv iştirak etdiyi Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyanın fəaliyyətindən bəhs edib.
Bu ərəfədə ölkəmizin təşkil etdiyi qlobal antikorrupsiya mübarizəsinə həsr olunan və bütün qitələri əhatə edən geniş beynəlxalq vebinarda moldovalı mütəxəssislərin fəal iştirakını qeyd edib. 

Baş prokuror verilən məlumatları minnətdarlıqla qarşılayaraq təcrübə mübadiləsi məqsədilə ikitərəfli görüşlərin, məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb. 

Söhbət zamanı azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə toxunularaq, bu prosesə ciddi əngəl törədən torpaqlarımızın büsbütün, hətta müharibədən sonra minalanması qeyd olunub, 300-dən çox insanın minaya düşərək yaralandığı və ya həlak olduğu bildirilib, bununla bağlı qonağa xüsusi broşür təqdim edilib. 

Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub. 

Tədbirdə hər iki ölkənin səfirləri iştirak ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

End of content

No more pages to load

RADİO