Ermənistanın LAÇIN HOQQABAZLIĞI – Komediya İrəvan üçün FACİƏYƏ ÇEVRİLƏ BİLƏR

Laçın keçid buraxılış məntəqəsinin bağlanmasına rəğmən ermənilər Qarabağa humanitar yük daşımaq adı ilə yenidən həmin yoldan istifadə etməyə çalışır. Bu isə İrəvanın təxribat yaratmağa hesablanmış addımdır. 

Erməni mətbuatı qeyd edir ki, dünən İrəvandan Qarabağa 400 tonluq humanitar yardım göndərilib. Həmin maşınlar hazırda sərhəddə yerləşən Kornidzor kəndindədir. Laçın yolu ilə hərəkəti davam etdirmək üçün onlar Rusiya sülhməramlılarının cavabını gözləyirlər.

Hətta məlumatlara görə, Avropa İttifaqının Ermənistan sərhədindəki missiyası da həmin kolonun hərəkətini izləyir. 

Qeyd edək ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə humanitar yardım üçün Ağdam Xankəndi yolunu təklif edib. Amma humanitar böhrandan dəm vuran ermənilər təklifi rədd ediblər. Əvəzində hər vəchlə çalışırlar ki, Laçın koridorunda hansısa bir təxribata yol açsınlar. 
Görəsən, ermənilərin bu komediyası nə ilə yekunlaşacaq?

Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, ermənilərin bu təxribat şousu da iflasa uğrayacaq və onlar heç bir nəticə əldə etməyəcəklər: 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan tırları Laçından maneəsiz keçid edə bilməzlər – HÜQUQİ İZAH


“Ermənilərin süni şəkildə yaratdıqları gərginlik və təxribat hər şeydən öncə bir daha onu göstərir ki, Ermənistan sülh istəmir. Bəhanələr uyudrmaqla ermənilər əslində regionda sülhə qarşı təxribat törədirlər. Bunu da humanitar adla ört-basdır edib, dünyaya fərqli şəkildə təqdim etməyə çalışırlar. 

Azərbaycanın Ağdam-Xankəndi yolu ilə hər cür humanitar yardımı, əlaqəni təmin etməyə hazır olduğu bir vaxtda, ermənilər həmin yolu beton bloklarla bağlayıb, özləri-özlərini blokadaya alır.

Sonra da müstəqil ölkənin sərhədinə təcavüz edərək, oradan qeyri-qanuni olaraq yük keçirməyə çalışırlar. Bunun adını da humanitar böhran qoyurlar. Ermənilər bununla əslində özləri özlərini ifşa edir”. 

Deputat qeyd edir ki, ermənilərin süni şəkildə yaratdığı təxribat humanitar problem deyil, etnik separatçılığa yenidən başlamaq cəhdidir: 

“Bu təxribat şousu iflasa uğrayacaq. Ermənilər heç bir nəticə əldə edə bilməyəcək. Sonuncu Brüssel görüşündə Ağdam Xankəndi yolundan ermənilərin hər cür humanitar məqsədlərlə yararlana biləcəkləri üçtərəfli qaydada razılaşdırılıb. BQXK də həmin marşurutun məqbul olduğuna rəy verib. Belə olan halda ermənilərin cəhdləri əbəsdir.

Onlar daha çox israr etsə, Azərbaycan daha fərqli addımlar ata bilər. Dünyanın heç bir yerində elə bir ölkə yoxdur ki, onun sərhədlərini istənilən vaxt, istənilən şəkildə humanitar yardım adı ilə pozub, qeyri-qanuni ora daxil olasan.
Bu müstəqilliyə təhdiddir və Azərbaycan ona qarşı hər cür addım ata bilər. Ona görə də ermənilər bu təxribatda israr etməkdənsə, təklif olunan yeni marşurutdan istifadə etsələr, daha yaxşı olar”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

End of content

No more pages to load

RADİO