“Xankəndidəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyaları naminə girov saxlayır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonrakı “Twitter” paylaşımında qeyd edib.
“Teatral səhnələr və yük maşınlarını nümayiş xətrinə Laçın yoxlanış məntəqəsinə gətirməkdənsə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son verməli, öz qüvvələrinin elementlərini Azərbaycanın Qarabağ regionundan çəkməli və qanunsuz marionet rejimin maliyyələşdirməsini dayandırmalıdır”, - deyə H. Hacıyev bildirib.
Prezidentin köməkçisi Qarabağdakı bütün qanunsuz qüvvələrin tərksilah edilməsinə də toxunub:
"Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolunun istifadəsi və Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın siqnal göndərməlidir. Başqa yol yoxdur! Oyun bitdi!".
Bizim.Media