Ermənilərin ÇİRKİN PLANI – Laçın sərhəd məntəqəsində hansı təxribat HAZIRLANIR?

Xəbər verdiyimiz kimi iyulun 25-də Dövlət Sərhəd Xidməti Laçın nəzarət-buraxılış məntəqəsində gözlənilən erməni təxribatı ilə bağlı məlumat yayıb. Məlumatda deyilirdi ki, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində iyulun 26-da Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırılır. 

Bu gün erməni mətbuatı məlumat yayıb ki, guya Qarabağdakı ermənilərin cəmi 2 günlük ərzaq ehtiyatı qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

DSX-dən Ermənistan tərəfdə planlaşdırılan təxribatla əlaqədar XƏBƏRDARLIQ 


Ona görə də İrəvandan Xankəndinə yardım karvanı yola salınır. Ancaq məlumatda yük avtomobillərinin sayı bildirilmir. 

Lakin video və foto görüntülərdən aydın olur ki, təxminən 50-dən artıq yük maşını kalon şəklində Laçın istiqamətinə hərəkət edir. Bu da o deməkdir ki, rəsmi İrəvan eyni vaxtda xeyli sayda avtomobili Laçın NBM-ə göndərməklə burda süni tıxac yaratmaq istəyir. Və bu tıxacların da yəqin ki, foto-videosu sonradan bütün dünyaya yayılacaq ki, Azərbaycan Qarabağdakı erməniləri aclıqla sınağa çəkir. 

Adi və hər zaman rastlaşdığımız bir erməni oyunu olan bu tədbir üçün digər hazırlıq tədbirləri də görülür.

Hətta bu gün səhər Ermənistandakı bir çox xarici ölkə səfirləri  Ermənistan XİN-ə dəvət edilib. Onlarla Qarabağdakı “humanitar böhran” müzakirə edilib. Yəqin ki, həm bəzi xarici diplomatlar və bir sıra mətbuat orqanları Laçın NBM-də hazırlanan erməni təxriabatı ilə bağlı çıxışlar da hazırlayıblar.

Göründüyü kimi ermənilər çox iyrənc bir oyun planlaşdırıblar.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Tural İsmayılov bildirib ki, ermənilər müxtəlif bəhanələrlə vəziyyəti gərginləşdirmək istəyirlər:

“Təsadüfi deyil ki, istənilən danışıqlar ərəfəsində ermənilər hansısa təxribata əl atırlar. Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin Moskvada baş tutan görüşünə paralel olaraq ermənilər yeni pozucu hərəkətlərə başlayıblar. Bu da ermənilərin sülh sazişindən, qarşılıqlı etimaddan nə qədər uzaq olduğunu bir daha sübut edir. Bu həm də ermənilərin əsl simasını nümayiş etdirir. 

Ona görə də hesab edirəm ki, erməni təxribatlarına daha kəskin reaksiya verilməlidir. Çünki, Sergey Lavrov da Moskva görüşündə Qarabağdakı etnik ermənilərlə bağlı ənənəvi mövqeyini ortaya qoydu”.  

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

End of content

No more pages to load

RADİO