Prezident “Şimal” Su Elektrik Stansiyasının açılışında İŞTİRAK ETDİ – FOTO  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Şimal” Elektrik Stansiyasının yeni estakadasının, su nasos stansiyalarının və “Şimal” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, əvvəlcə ölkəmizdə su elektrik stansiyaları ilə bağlı həyata keçirilən işlər barədə videoçarx nümayiş olunub. 

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. 

Bildirilib ki, son 20 ildə Xəzər dənizində suyun səviyyəsinin iki metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Bakının 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, ümumi gücü 800 MVt olan “Şimal” Elektrik Stansiyasının işində ciddi çətinliklər yaratmışdı.

Çünki suyun səviyyəsinin gündən-günə aşağı düşməsi stansiyanın soyutma suyu ilə təchiz olunmasında ciddi problem yaradırdı və ən böyük həcmdə enerji istehsal edən “Şimal-1” və “Şimal-2” Elektrik stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz idi.  
Bu təhlükəni aradan qaldırmaq üçün təxirəsalınmaz şəkildə “AzərEnerji” ASC tərəfindən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluğunda estakada və 2 yerdə su nasos stansiyası tikilib. Estakadanın möhkəmliyini təmin etmək məqsədilə hər birinin uzunluğu 30 metr olan 1000 ədəd dəmir boru svay 20 metr dənizin dibinə vurulub və betonlanıb. 

Qeyd edilib ki, hazırda hər birinin məhsuldarlığı 9000 kubmetr/saat olan 8 nasosdan 2-si ehtiyatda saxlanılmaqla 6 ədədi daim işlək vəziyyətdə olur. Bununla da nasoslar vasitəsilə dənizin 8,5 metr dərinliyindən götürülən aşağı temperaturda 54 min kubmetr su mövcud kanala vurulur. 

Stansiyalarda SCADA sistemi tətbiq edilərək, nasos və klapanların avtomatik idarə olunması və rəqəmsal mühafizəsi üçün nəzarət-ölçü cihazları, lokal idarəetmə panelləri, “PLC” idarəetmə sistemi quraşdırılıb.  

Həmçinin bu idarəetmə sistemi mərkəzi idarəetmə otağındakı monitorlara inteqrasiya edilib ki, bu da nasosların məsafədən işə qoşulmasına və açılmasına, avadanlıqların iş rejimlərinə nəzarət və tənzimlənməsinə, kanalda suyun səviyyəsinə nəzarətə, şandorun avtomatik açılıb-bağlanmasına şərait yaradır. 
Prezident İlham Əliyevə “Şimal” Kiçik Su Elektrik Stansiyası haqqında da məlumat verilib. 

Diqqətə çatdırılıb ki, Bakının Şüvəlan qəsəbəsində yerləşən, ümumi gücü 800 MVt olan “Şimal” Elektrik Stansiyasının ərazisində “AzərEnerji” ASC tərəfindən daha bir yenilik edilərək, istifadə olunub dənizə axıdılan soyutma suyunun üzərində 300 kVt-lıq kiçik su elektrik stansiyası tikilib.

Kiçik su elektrik stansiyasının tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb.  

Bu stansiya vasitəsilə il ərzində 2,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal ediləcək ki, bu da “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə bu günə qədər “Şimal” Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək. 


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

End of content

No more pages to load

RADİO