Moskva görüşündən gözləntilər, sülhə mane olan SƏBƏBLƏR – MÜSAHİBƏ 

“Sülh üçün təkliflər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təklif olunub. Bura dövlət sərhədlərinin bərpa olunması, mühüm kommunikasiya xətlərinin keçdiyi Zəngəzur dəhlizinin açılması kimi məsələlər daxildir. Bunun nə zaman baş tutacağını indidən demək çətin məsələdir. Ancaq onu deyə bilərəm ki, xarici işlər nazirlərinin Moskvadakı görüşü bu istiqamətdə mühüm addımlardan biridir”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Moskva görüşü Paşinyanı konstruktiv davranmağa məcbur edəcək” – İqor Korotçenko ilə MÜSAHİBƏ


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünü, Qarabağdakı son gərginlikləri şərh edən ekspert, Azərbaycanın geniş hərbi əməliyyatlara başlayacağını da istisna etmir.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Korotçenko, siz yaxın vaxtlarda Şuşada oldunuz. Azərbaycan Prezidentinin də iştirak etdiyi Qlobal Media Forumuna qatıldınız. Forumdan sonra siyasi baxımdan ən mühüm gündəm Azərbaycan və Ermənistan XİN başçılarının Moskva səfəridir. Gözləntilər özünü doğruldacaqmı? Moskva görüşü yekun sülh üçün mayak ola bilər?

- Təşəkkür edirəm. Mən düşünürəm ki, bu görüşlər sonda bir nəticəyə gətirib çıxaracaq. Yəni proses uzun illərdir davam edən münaqişənin bitməsi, kommunikasiya yollarının açılması ilə yekunlaşacaq. Mən demirəm ki, biz konkret, hansısa addım atacağıq. Ancaq danışıqlar üzrə hansısa bir addımın, yəni irəliyə aparacaq addımın atılacağına inanıram. Yəqin ki, sonda sülh müqaviləsi istiqamətində irəliləyişlər olacaq. 

Sülh üçün təkliflər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təklif olunub. Bura dövlət sərhədlərinin bərpa olunması, mühüm kommunikasiya xətlərinin keçdiyi Zəngəzur dəhlizinin açılması və s. daxildir.
Bu nə zaman baş tutacaq? -  Bunu indidən demək tamamilə çətin məsələdir. Ancaq onu deyə bilərəm ki, xarici işlər nazirlərinin Moskvadakı görüşü bu istiqamətdə mühüm addımlardan biridir. 

- Moskva sülh üçün mühüm addımlar atır. Ən əsası Ermənistan Rusiyanın vasitəçiliyi ilə kapitulyasiya aktına imza atdı. Həmin sənəd cənab Putin tərəfindən də imzalandı. Amma 3 ildir ki, iki ölkə arasında sülh görmürük. Əsas problem, sülh yolunda əngəl nədir?

- Əsas problem ondan ibarətdir ki, istər eməni siyasi rəhbərliyində, istərsə də ölkənin hərbi rəhbərliyində revanş düşüncələri hələ də davam etməkdədir. Hansı ki, bu revanşla onlar hazırki siyasi görünüşü, yəni 2020-ci il 10 noyabrda imzalanan bəyənnaməni guya dəyişmək istəyirlər. Həmçinin buradakı geriləmədə Qarabağdakı siyasi qüvvələrin, qanunsuz silahlı birləşmələrin də rolu böyükdür. Buna görə də, sülhün olmamasının əsas səbəblərini mən bunlarda görürəm. 

- Rusiya XİN-nin açıqlaması var idi. Moskvada ilk olaraq XİN başçıları görüşür və il sonunda yekun sülh imzalanır. Sizcə, bu ilin sonuna qədər Moskvada sülh müqaviləsi imzalana bilərmi?

- Mən deyə bilmərəm ki, sülh müqaviləsinə harada imza atılacaq. Çünki danışıqlarda 3 əsas vasitəçi mövcuddur. Bunlar Rusiya, Amerika və Avropa İttifaqıdır. Müqavilənin harada imzalanmasına gəlincə, bu, ermənilərdən, yəni İrəvan rəhbərliyindən asılıdır.

Formal olaraq Paşinyan Azərbaycanın ərazi bütövlüyünü demək olar ki, tanıyıb. Qarabağ Azərbaycandır! - ifadəsi də artıq bütün keçirilən tədbirlərdə də öz yerini tapır. 

Ancaq bir əmma var. O da İrəvanın Qarabağdakı erməni əhalisinin statusunun beynəlxalq xarici qüvvələr tərəfindən həll olunmasını istəməsidir. Hansı ki, Azərbaycan buna tamamilə etiraz edir. Çünki Qarabağ Azərbaycanın ərazisidir və burada yaşayanlar Azərbaycan vətəndaşları sayılır və onların statusu Azərbaycan qanunlarına əsasən müəyyən oluna bilər. 

Belə ki, Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşı kimi qəbul edir. Bu baxımdan sözügedən məsələ ilə əlaqədar heç bir kənar qüvvənin bu söhbətə daxil edilməsi konkret olaraq qəbuledilməzdir.

Sülh müqaviləsinin indi imzalanıb imzalanmayacağı haqda konkret heç kim heç nə deyə bilməz. Sadəcə ümidlər və gözləntilər var. Bu arzu və gözləntilər ötən ilin sonunda da var idi. Ancaq bu, ötən ildə də baş vermədi. Problemin həllinə bir sıra xarici birləşmələri daxil edildi. 
Əsasən də Fransa bu məsələnin həllini tapması istiqamətində bir çox əngəllər törətməkdədir. Buna görə də, bu ilin sonunadək sülh müqaviləsinin imzalanması haqda indidən nəsə demək çətindir. Düzdür, Rusiya öz iştirakı ilə həll olunmasının tərəfdarıdır. Ancaq burada Amerika, Brüssel tərəfindən bir sıra əngəllərin törədildiyini görə bilirik. Buna görə də, konkret söz demək hazırda çətin məsələdir. 

- Qarabağda atəşkəs rejimi ermənilər tərəfindən, Qarabağdakı seperatçılar tərəfindən hər gün pozulur. Ölkəsi olmayan qondarma qurumun qondarma rəhbəri Arayik təslim olmaq istəmir. Bütün bunları nəzərə aldığımız zaman, sizcə, Azərbaycan Qarabağda hərbi əməliyyatlar keçirə bilərmi?

- Bu məsələdə Azərbaycan rəhbərliyinin qəbul edəcəyi qərar vacib rol oynayır. Biz sadəcə görə bilirik ki, Ermənistanın hər dəfə atəşkəsi pozmasına qarşı Azərbaycan müvafiq cavab tədbiri görür. Nəzəri olaraq, atəşkəsin pozulması halları genişlənib, döyüş əməliyyatlarına çevrilə bilər. Ancaq bunun gerçəkdə olub olmayacağını öncədən demək çətindir. 

Mən burada Azərbaycanın İsrailin taktikasından istifadə etdiyini görürəm. Yəni düşmən tərəfi hansısa atəşi açırsa, onlar dərhal ona atəşlə cavab verir. Aydındır ki, Azərbaycan onların hər zamanki həyasız çıxışlarını izləyəcək.

Yəni hansısa bir şey olarsa, Azərbaycan tərəfi buna dərhal cavab verəcək. Bu cavab tədbirləri geniş miqyaslı ola bilər. Bir daha deyirəm, buna qarşı cavab tədbirləri olacaq.

- Cənab Korotçenko, müsahibə üçün təşəkkür edirik.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

End of content

No more pages to load

RADİO