Rəsmi Bakıdan Paşinyana sərt CAVAB 

"Ermənistanın baş naziri Nikol Paşinyan Le Monde qəzetinə müsahibəsində bölgədə vəziyyətə dair növbəti dəfə heç bir əsası olmayan fikirlər səsləndirib". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın Le Monde qəzetinə müsahibəsi zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir. 

Bildirilib ki, Ermənistan baş nazirinin bölgənin azərbaycanlı əhalisinə etnik təmizləmə və soyqırımı da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə cinayatlərin törədilməsi yolu ilə Ermənistan tərəfindən yaradılmış qondarma rejimi “demokratik yolla seçilmiş hakimiyyət”adlandırması Ermənistan rəsmilərinin 30 ilə yaxın davam edən işğalçı siyasət və əməllərdən əl çəkmədiyinin bariz nümunəsidir.

Ermənistan baş naziri Paşinyanın bu fikirləri həmçinin onun “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığına” dair bəyanatına tamamilə ziddir. 

"Azərbaycana qarşı bölgədə qeyri-qanuni fəaliyyət aparılmasını çətinləşdirən Laçın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılmasını tələb edən, təcavüzkar siyasəti və separatizmi dəstəkləyən Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycanın Laçında məntəqə təsis etməsi tamamilə beynəlxalq hüquq çərçivəsindədir.

Bu addım, Ermənistanın pozucu fəaliyyətinin qarşısını almaq məqdədilə atılıb və bu məntəqənin mövcudluğu müzakirə mövzusu deyil.

Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın məlum tələbini 6 iyul tarixli qərarı ilə yekdilliklə rədd edərək, bir daha təsdiq edib ki, Azərbaycanın sərhəddə buraxılış məntəqəsi təsis etməsi tamamilə suveren və legitim bir qərardır. 

Bununla yanaşı, Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq aktorlar, o cümlədən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən müsbət qarşılanmış Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan istifadə edilməsi təklifindən Ermənistan tərəfinin imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının reallığı əks etdirmədiyini göstərir.

Bu həmçinin, Ermənistanın əsl niyyətinin vəziyyətdən siyasi şantaj məqsədilə sui-istifadə etmək olduğunu nümayiş etdirir. Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərini davam etdirmək məqsədi güdür. 

Ermənistan baş nazirinin bölgədə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətini, hər gün onlarla erməni sakinlərin məntəqədən hər iki istiqamətdə keçməsini və Azərbaycanın Ağdam-Xankəndi marşrutu daxil olmaqla, alternativlər irəli sürməsini gözardı edərək, “blokada” barədə məlumatlar yayması beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir. 

30 il müddətində beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı davam etdirdiyi təcavüzə, etnik təmizləmə siyasətinə qarşı beynəlxalq təşkilatların xəbərdarlıqlarını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini heçə sayan Ermənistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə tədbirlər görməyə çağırış etməsi absurddur və riyakarlıqdır. 

Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə Ermənistan rəsmilərinin müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsi bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtdir", - məlumatda qeyd edilib. 
Vurğulanıb ki, Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hər hansı bir bəhanə ilə şərtləndirməsi qətiyyən qəbuledilməzdir, iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərə zərbədir və bölgədə gərginliyin saxlanmasına xidmət edir: 

"Ermənistan tərəfi nəhayət anlamalıdır ki, bölgədə sülh və sabitliyin bərpa edilməsinə törətdiyi maneçilik səyləri heç bir nəticə verməyəcək. 

Ermənistan tərəfini təxribatçı addım və bəyanatlara son verməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

End of content

No more pages to load

RADİO