İlham Əliyev: “Si Cinpinə dərin ehtiramım var” - VİDEO

"Mənim Prezident Si Cinpinlə həm Çində, həm də beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmək imkanım olub. Ona dərin ehtiramım var. Onun uzaqgörənliyi, zəkası, səmimiliyi və ikitərəfli münasibətlərimiz barəsində geniş məlumatlı olması məndə hər zaman dərin təəssürat yaradıb. Çünki qlobal bir güc olaraq Çinin çox geniş xarici siyasət gündəliyi var və həmin gündəlik təbii olaraq Azərbaycanın gündəliyindən daha genişdir". 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin Çin mətbuatına MÜSAHİBƏSİ


"Buna baxmayaraq, bizim əməkdaşlığımızın mahiyyəti və perspektivləri barədə dərindən məlumatlı olması göstərir ki, cənab Si Cinpin olduqca məsuliyyətli şəxsdir və çox uğurlu xarici siyasət bunun nəticəsidir. Bilirsiniz ki, dünyada Çinin dostlarının sayı ildən-ilə artır və bu, məhz həmin müdrik siyasətin nəticəsidir.

Biz onun ölkəsinin inkişafını və yardıma ehtiyacı olanlara dəstək istiqamətindəki fəaliyyətini yalnız alqışlaya bilərik. Hesab edirəm ki, bu, dünyada nadir hallardan biridir.

Bu, xüsusilə indi aktual məsələdir. Vaxtında və digər mənbələrdən yardım ala bilməyən ölkələrə kömək edilir. Sizə Azərbaycanla bağlı nümunə deyə bilərəm. COVID-19 başlayanda biz peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdik və bu məsələdə bizə yardım edən yeganə ölkə Çin oldu. Mən Prezident Si Cinpinə yardım ilə bağlı məktub yazdım, məsələyə dərhal cavab verildi və peyvəndlərin ilk həcmi – bir milyon doza təqdim edildi. Biz vaksinasiyaya yanvar ayının ortalarında, dünyada ilk sıralarda başladıq. Bu isə onun yardım göstərmək siyasətindən qaynaqlanırdı. Biz bunu necə unuda bilərik?! 

Bununla yanaşı, deyə bilərəm ki, yəqin sizin də məlumatınız var, bəzi Qərb dövlətləri lazım olduğundan 5 dəfə artıq həcmdə peyvənd tədarük edirdilər və bununla da peyvənd istehsal etməyən, buna çıxışı olmayan ölkələri vaksinasiyadan məhrum etdilər. Onlar peyvənd millətçiliyi nümayiş etdirdilər. Onu da qeyd edim ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq peyvənd millətçiliyinə qarşı ictimai şəkildə mübarizə aparan ölkələrdən biri idi.

Demək istədiyim odur ki, bu nümunə Çinin Azərbaycanla bağlı siyasətini nümayiş etdirir. Əminəm ki, bu siyasət yardıma ehtiyac olan zaman hər bir ölkəyə şamil edilir. 

Beləliklə, dediyim kimi, mənim Prezident Si Cinpinlə çoxsaylı görüşlərim olub. İnsan olaraq o, çox mehriban, hörmətcil və səmimi adamdır və şəxsən mən onunla təmasdan çox razıyam", - dövlət başçısı bildirib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

End of content

No more pages to load

RADİO