Qurtuluş yolunun BAŞLANĞICI - Ulu öndərin Naxçıvana qayıdışından 33 il ötür

Naxçıvan tarixin yaddaşına Azərbaycan xalqının Qurtuluşuna gedən Böyük Yolun başlanğıcı kimi düşmüşdür. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyev xilaskarlıq missiyasına, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinə məhz Naxçıvandan başlayıb.

Bizim.Media "nuhcixan.az"a istinadən xəbər verir ki, ötən əsrin 80-ci illərinin sonunda ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsi qısa müddət sonra ermənilərin illərdir, Azərbaycan torpaqlarına qarşı iddialarının yenidən baş qaldırmasına şərait yaratmış, nəticədə Naxçıvan Muxtar Respublikasının sərhədyanı yaşayış məntəqələri davamlı erməni təcavüzünə məruz qalıb.

Məhz belə bir çətin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə muxtar respublikaya gəlməsi naxçıvanlılara böyük ümid və sevinc bəxş edib. 
Sonralar ümummilli liderimiz bu barədə deyib:

“1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”. 

Naxçıvana gəldikdən 2 ay sonra -1990-cı il sentyabrın 30-da Ümummilli lider 340 nömrəli Nehrəm Seçki Dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli Seçki Dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi.
1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası görkəmli dövlət xadiminin sədrliyi ilə öz işinə başladı. Həmin sessiyada “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmz­ləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və başqa məsələlərlə bağlı tarixi qərarlar qəbul edildi. Sessiya Naxçıvan MSSR adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvanın Ali Sovetinin adını dəyişərək onun bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvanda qaldırıldı. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən fövqəladə sessiyasında deputatların və iclas keçirilən binanın qarşısına toplaşan minlərlə insanın təkidi ilə ümummilli lider Heydər Əliyev Ali Məclisin Sədri seçildi. 

Ali Məclisin Sədri kimi ümummilli lider Heydər Əliyev real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başladı. 
1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etdi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunları hərbi texnika və silahlarını saxlanmaqla muxtar respublikadan çıxarıldı, ölkəmizdə ilk Milli Ordu yaradıldı.  

1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verilməsi tələbi də ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən gündəmə gətirildi. 

Təcavüzkar Ermənistanın blokadaya saldığı Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atıldı. Ulu öndərimiz 1992-ci ildə İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər etdi, iqtisadi sahədə əməkdaş­lığa dair protokollar imzalandı. Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi, gömrük-keçid məntəqələri fəaliyyətə başladı. 

Ulu öndərin təşəbbüsü ilə Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edildi, ilk torpaq islahatı həyata keçirildi. 
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Müstəqilliyə gedən yol Heydər Əliyevin rəhbərliyi ilə məhz Naxçıvanda başlamışdır... Məhz Naxçıvanda ulu öndərin rəhbərliyi ilə aparılan siyasət nəticəsində Naxçıvanın ərazi bütövlüyü təmin edilmişdir... Azərbaycanın müasir siyasi sistemi məhz Naxçıvanda yaradılmışdır”. 
Bütün Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsinə, qələbəsinə inanır, öz nicatını yalnız bu yolda görürdü. Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvana gələn 550-dən artıq nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Blokada çətinlikləri şəraitində yaşayan Naxçıvanda təməli qoyulan bu partiya qısa müddətdə öz sıralarında milli ruhlu insanları birləşdirərək Azərbaycançılıq ideyalarına mənsub kütləvi siyasi təşkilata çevrildi. 

1993-cü ildə Azərbaycan xaosa sürükləndiyi, parçalanma, yox olma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqımız milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün ümummilli liderimizi Naxçıvandan Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı xalqımızın çox­əsrlik tarixinə möhtəşəm hadisə kimi daxil oldu.

15 iyun 1993-cü il Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi həkk edildi. Ümummilli lider qısa müddətdə ölkədə baş qaldırmış vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın qarşısını aldı, qanunun aliliyi təmin olunaraq demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, mühüm iqtisadi layihələr reallaşdırıldı, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmləndi, bütün sahələrdə böyük uğurlar qazanıldı. 

Bu gün Heydər Əliyev siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, azadlıq və müstəqilliyimiz daimi və əbədi olmuş, ölkəmizin nüfuzu daha da artmışdır.
Parlaq qələbəmizlə bitən 44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli ideyalarımızın önündə gəlir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

End of content

No more pages to load

RADİO