Baş Prokurorluqdan Ermənistanın ekoloji cinayətləri barədə MÜRACİƏT

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın ekoloji cinayətləri barədə beynəlxalq və xarici tərəfdaşlarına əməkdaşlıq barədə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycan Respublikasının Baş Prokurorluğunda Araz çayı və onun sol qolu olan Oxçuçayın Ermənistan Respublikası ilə həmsərhəd bölgədə çirkləndirilməsinə dair müxtəlif mənbələrdən daxil olmuş, o cümlədən yerli və xarici mediada dərc olunan məlumatlar üzrə araşdırma davam etdirilir.

Müəyyən edilmişdir ki, Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir.
Çirklənmə nəticəsində Oxçuçaya tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium və digər ağır metallar olan zəhərli tullantılar axıdılır. Mövcud istehsalatda problemlərin həll olunmamasına baxmayaraq, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşası aparılır.

Bu işdə həmçinin aparıcı dünya dövlətlərindən olan xarici investorlar beynəlxalq və öz ölkələrinin daxili qanunvericiliyinin tələblərinə zidd olaraq heç bir ətraf mühitin mühafizəsi normalarına riayət olunmasını təmin etmirlər.

Dağ-mədən obyektlərinin fəaliyyət göstərməsi və yenilərinin tikilməsi minlərlə insanın həyat və sağlamlığı üçün təhlükə törədir.

Odur ki, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən BMT-nin Transsərhəd Su Məcraları və Beynəlxalq Göllərin mühafizəsi və Espoo (Ətraf Mühitə təsirin ölçülməsi) konvensiyalarının tələbləri rəhbər tutularaq obyektiv araşdırma aparılması, eləcə də qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə müvafiq xarici və beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin İqtisadi Komissiyasına, həmçinin Böyük Britaniyanın və Almaniyanın Ekologiya Nazirliklərinə müraciət edilmişdir.

Müvafiq araşdırmalar zamanı dağ-mədən obyektlərinin işinin düzgün təşkil olunması, bu zaman ətraf mühitin mühafizəsi tələblərinə dönmədən riayət olunması şərt kimi göstərilərək müəssisələrin fəaliyəti nəticəsində ətraf mühitə dəymiş ziyanın müəyyən edilməsində əməkdaşlıq təklif edilmişdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bəyan edilir ki, yol verilən qanun pozuntuları ilə bağlı bütün hallar obyektiv araşdırılmaqla milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlər görüləcəkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur”

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur”

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Bu gün IX sinif şagirdləri imtahan verəcək

Bu gün IX sinif şagirdləri imtahan verəcək

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

End of content

No more pages to load

RADİO