Azərbaycan Hökumətindən Ermənistana TƏLƏB: "Arazdəyəndəki zavodun inşası dayandırılsın"

Azərbaycan Hökuməti Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edib.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən xəbərə görə, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin adından Ermənistanın ətraf mühit nazirinə ünvanlanan məktubda bildirilib ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddən bir neçə yüz metr aralıda yerləşən Yerasx qəsəbəsi (Arazdəyən) yaxınlığında həyata keçirilən və transsərhəd təsiri ola biləcək fəaliyyətlə bağlı “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”da (Espo Konvensiyası) nəzərdə tutulmuş müvafiq prosedura başlanılıb.

Xüsusi vurğulanıb ki, Espo Konvensiyasının 1-ci Əlavəsinə əsasən, metallurgiya zavodları açıq şəkildə əhəmiyyətli mənfi transsərhəd təsirə səbəb ola biləcək fəaliyyət kimi tanınır.

Espo Konvensiyasının 3.1-ci maddəsinə uyğun olaraq, Ermənistan qeyd olunan fəaliyyətin ətraf mühitə təsiri ilə bağlı Azərbaycanı xəbərdar etməyə borcludur. Lakin, təsirə məruz qalan Tərəf olaraq Azərbaycan Ermənistandan bu layihə ilə bağlı heç bir bildiriş almamışdır.

Vurğulanıb ki, qeyd olunanları nəzərə alaraq, Espo Konvensiyasının 3.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan təsirə məruz qalan Tərəf kimi ilkin mərhələdə Ermənistandan layihənin mənfi transsərhəd təsiri ilə bağlı müzakirələrin aparılması məqsədilə məlumat mübadiləsinin aparılmasını tələb edir.

Eyni zamanda Azərbaycan Hökuməti layihənin transsərhəd təsiri ilə bağlı suallar tam aydınlaşdırılana və adekvat şəkildə baxılana qədər Ermənistan tərəfindən zavodun tikintisinin dərhal dayandırılmasını tələb edib.

Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anar Bağırov: “Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir”

Anar Bağırov: “Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir”

Bakıda restoranda YANĞIN – VİDEO

Bakıda restoranda YANĞIN – VİDEO

Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq

Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Rusiyadan növbəti SƏRT ADDIM – Bu dəfə miqrant ailələri hədəf alındı – DETALLAR

Rusiyadan növbəti SƏRT ADDIM – Bu dəfə miqrant ailələri hədəf alındı – DETALLAR

Bu ölkədə qızıldan küçə salınacaq

Bu ölkədə qızıldan küçə salınacaq

O da "Yeraltı"nda rol alacaq - FOTO

O da "Yeraltı"nda rol alacaq - FOTO

Dünyanın ən dadlı və dadsız mətbəxləri açıqlanıb — Azərbaycan reytinqdə neçəncidir?

Dünyanın ən dadlı və dadsız mətbəxləri açıqlanıb — Azərbaycan reytinqdə neçəncidir?

Azərbaycan və BƏƏ hərbçiləri birgə təlimə belə hazırlaşırlar – VİDEO

Azərbaycan və BƏƏ hərbçiləri birgə təlimə belə hazırlaşırlar – VİDEO

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Məşhur generalların polkovnik qardaşı vəfat etdi – FOTO

Məşhur generalların polkovnik qardaşı vəfat etdi – FOTO

Ağdamda ər-arvad arasında DAVA: Qadın xəsarət aldı, vəziyyəti AĞIRDIR

Ağdamda ər-arvad arasında DAVA: Qadın xəsarət aldı, vəziyyəti AĞIRDIR

Onlar Bakıya buraxılmayacaq – Qərar

Onlar Bakıya buraxılmayacaq – Qərar

DYP-dən səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

DYP-dən səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

SON DƏQİQƏ! “Reynmen” və Həsən Can Kaya da SAXLANILDI

SON DƏQİQƏ! “Reynmen” və Həsən Can Kaya da SAXLANILDI

Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq

Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq

Sənədsiz evlərlə bağlı daha bir PROBLEM – İldə 25 milyon vəsait necə “yoxa çıxır”?

Sənədsiz evlərlə bağlı daha bir PROBLEM – İldə 25 milyon vəsait necə “yoxa çıxır”?

Bakıda Xalq artistinin oğlunu döydülər – FOTO

Bakıda Xalq artistinin oğlunu döydülər – FOTO

Sumqayıtda ev yandı – VİDEO

Sumqayıtda ev yandı – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Premyer Liqa: Bu gün lider "Sabah" "Zirə" ilə üz-üzə gələcək

Premyer Liqa: Bu gün lider "Sabah" "Zirə" ilə üz-üzə gələcək

ABŞ İsrailə 6,52 milyard dollarlıq hərbi tədarükü TƏSDİQLƏDİ

ABŞ İsrailə 6,52 milyard dollarlıq hərbi tədarükü TƏSDİQLƏDİ

Böyük sərvət əldə edəcək BÜRCLƏR

Böyük sərvət əldə edəcək BÜRCLƏR

End of content

No more pages to load

RADİO