İraq Kürdüstan Regionunun başçısı İçərişəhərdə - FOTO 

Azərbaycana işgüzar səfəri çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 18-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub. 

Bizim.Media xəbər verir ki, İçərişəhərdə gəzinti Qoşa Qala qapısından başlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Neçirvan Bərzani ilə GÖRÜŞDÜ – FOTO  


Əvvəlcə qonaqlar İçərişəhərdə XVII əsrə aid Yeraltı hamam və İncəsənət Mərkəzi ilə tanış olublar. 

Elektromobillə gəzinti zamanı nümayəndə heyətinin üzvlərinə UNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib.

Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur. 

Qonaqlar təzə bişmiş təndir çörəyinin dadına baxandan sonra İçərişəhərdə orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli memarlıq abidəsi olan Şirvanşahlar sarayı kompleksi ilə tanış olublar. 

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır. 

Bakının rəmzlərindən biri sayılan Qız qalası abidəsinin tarixi barədə də qonaqlara məlumat verilib.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanılması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasında 2009-2013-cü illərdə Qız qalasında konservasiya işləri aparılıb. 

Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisində yenidən təşkil olunan daş ekspozisiya qonaqların böyük marağına səbəb olub. 

İçərişəhərlə tanışlıq iraqlı qonaqlarda xoş təəssürat yaradıb. 


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmayıl Baqai: “Bu görüşdə razılaşma gözlənilmirdi”

İsmayıl Baqai: “Bu görüşdə razılaşma gözlənilmirdi”

Londonda Fələstinə dəstək aksiyasında 500-dən çox şəxs TUTULDU - VİDEO

Londonda Fələstinə dəstək aksiyasında 500-dən çox şəxs TUTULDU - VİDEO

Rəsmi Tehran danışıqların nəticəsiz qalmasına görə məsuliyyəti ABŞ-ın üzərinə qoydu

Rəsmi Tehran danışıqların nəticəsiz qalmasına görə məsuliyyəti ABŞ-ın üzərinə qoydu

Telefon SAHİBLƏRİNƏ: Signal-da silinmiş mesajları oxumaq mümkündür

Telefon SAHİBLƏRİNƏ: Signal-da silinmiş mesajları oxumaq mümkündür

"Turan Tovuz" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Turan Tovuz" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Melaniya Trampın açıqlaması Ağ Evdə yeni qalmaqal dalğası yaratdı - FOTO

Melaniya Trampın açıqlaması Ağ Evdə yeni qalmaqal dalğası yaratdı - FOTO

Pakistan XİN-dən ABŞ-İran danışıqlarının nəticələri ilə bağlı AÇIQLAMA

Pakistan XİN-dən ABŞ-İran danışıqlarının nəticələri ilə bağlı AÇIQLAMA

Hava limanında bir kişi balta ilə ABŞ hərbi təyyarəsinə hücum etdi - VİDEO

Hava limanında bir kişi balta ilə ABŞ hərbi təyyarəsinə hücum etdi - VİDEO

Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLoya verdi

Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLoya verdi

Macarıstanda parlament seçkiləri: Orbanın partiyası qalib gələcəkmi?

Macarıstanda parlament seçkiləri: Orbanın partiyası qalib gələcəkmi?

Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım etdi - FOTO

Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım etdi - FOTO

ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur” - VİDEO

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur” - VİDEO

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Bu gün IX sinif şagirdləri imtahan verəcək

Bu gün IX sinif şagirdləri imtahan verəcək

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

End of content

No more pages to load

RADİO