Türkiyəli deputatlar Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ETDİ – FOTO  

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 18-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. 

Bizim.Media xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.

Nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər qoyub. 


Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. 

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət edib. 

"Türk şəhidliyi” abidəsinin Türkiyə və Azərbaycan qardaşlığının ən böyük nişanəsi olduğunu vurğulayan Fuat Oktay bildirib ki, bu müqəddəs məkanda uyuyan türk şəhidləri Qafqaz İslam Ordusunun mərd əsgərləri kimi azərbaycanlı qardaşları ilə birlikdə düşmənlərə qarşı vuruşub və hamının qəlbində ölümsüzlüyə yol açıblar.


Vurğulanıb ki, uğrunda şəhidliyə ucaldıqları torpaq naminə birgə mübarizə Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğumuzu nümayiş etdirib. “Azərbaycanlılar da Çanaqqala müharibəsində bizim yanımızda olublar və qəhrəmancasına döyüşüblər.
Bir əsr bundan əvvəl göstərilən qəhrəmanlıq və fədakarlıq Azərbaycanın 44 günlük haqq savaşında da təkrarlanıb. Bu amillər bizi əbədi olaraq bir-birimizə bağlayıb”, - o qeyd edib. 

Sonra şəhidlərin xatirəsinə dualar oxunub. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-York metrosunda bir nəfər maçete ilə sərnişinlərə hücum etdi - VİDEO

Nyu-York metrosunda bir nəfər maçete ilə sərnişinlərə hücum etdi - VİDEO

Çində robotlar bunu da bacaracaqlar - VİDEO

Çində robotlar bunu da bacaracaqlar - VİDEO

Kriştiano Ronaldo karyerasında 968-ci qolunu vurdu - VİDEO

Kriştiano Ronaldo karyerasında 968-ci qolunu vurdu - VİDEO

İsmayıl Baqai: “Bu görüşdə razılaşma gözlənilmirdi”

İsmayıl Baqai: “Bu görüşdə razılaşma gözlənilmirdi”

Londonda Fələstinə dəstək aksiyasında 500-dən çox şəxs TUTULDU - VİDEO

Londonda Fələstinə dəstək aksiyasında 500-dən çox şəxs TUTULDU - VİDEO

Rəsmi Tehran danışıqların nəticəsiz qalmasına görə məsuliyyəti ABŞ-ın üzərinə qoydu

Rəsmi Tehran danışıqların nəticəsiz qalmasına görə məsuliyyəti ABŞ-ın üzərinə qoydu

Telefon SAHİBLƏRİNƏ: Signal-da silinmiş mesajları oxumaq mümkündür

Telefon SAHİBLƏRİNƏ: Signal-da silinmiş mesajları oxumaq mümkündür

"Turan Tovuz" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Turan Tovuz" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Melaniya Trampın açıqlaması Ağ Evdə yeni qalmaqal dalğası yaratdı - FOTO

Melaniya Trampın açıqlaması Ağ Evdə yeni qalmaqal dalğası yaratdı - FOTO

Pakistan XİN-dən ABŞ-İran danışıqlarının nəticələri ilə bağlı AÇIQLAMA

Pakistan XİN-dən ABŞ-İran danışıqlarının nəticələri ilə bağlı AÇIQLAMA

Hava limanında bir kişi balta ilə ABŞ hərbi təyyarəsinə hücum etdi - VİDEO

Hava limanında bir kişi balta ilə ABŞ hərbi təyyarəsinə hücum etdi - VİDEO

Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLoya verdi

Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLoya verdi

Macarıstanda parlament seçkiləri: Orbanın partiyası qalib gələcəkmi?

Macarıstanda parlament seçkiləri: Orbanın partiyası qalib gələcəkmi?

Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım etdi - FOTO

Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım etdi - FOTO

ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur” - VİDEO

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur” - VİDEO

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Bu gün IX sinif şagirdləri imtahan verəcək

Bu gün IX sinif şagirdləri imtahan verəcək

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

End of content

No more pages to load

RADİO