İlham Əliyev Türkiyədən olan deputatları qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, Fuat Oktay qəbula görə təşəkkürün bildirdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Ölkələrimiz arasında əlaqələrin çox böyük məmnunluq doğurduğunu vurğulayan Fuat Oktay münasibətlərimizin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini dedi. O, Şuşa Bəyannaməsi ilə rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətlərinin həmin sənəddən irəli gələn məqsəd və məramlar əsasında daha da inkişaf etdirilməsinin önəmini vurğuladı. Ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyənin yanında olmasının önəmini qeyd edən TBMM-in komitə sədri bu dəstəyə görə təşəkkürünü ifadə etdi.

İqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluğunu bildirən Fuat Oktay ölkələrimizin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığının genişlənməsi istiqamətində səyləri yüksək qiymətləndirdi.

O, eyni zamanda, Ermənistanda Nemesis terrorçularına abidənin qoyulması ilə əlaqədar Türkiyənin də ciddi narahatlığını bir daha diqqətə çatdırdı.

Fuat Oktay, həmçinin ölkələrimiz arasında enerji, təhsil, hərbi, hərbi-texniki, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərini qeyd etdi.

Türkiyədəki seçkilərdən sonra Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfərinin önəmini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu səfər əsnasında da ikitərəfli əlaqələrin inkişafı ilə bağlı geniş müzakirələrin aparıldığını vurğuladı.

Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişafına toxunan dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda olarkən Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirakının ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafının növbəti nümunəsi olduğunu bildirdi. Şuşa Bəyannaməsi ilə müttəfiqlik prinsipi əsasında ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, həmçinin bu əməkdaşlığın parlament səviyyəsində daha da inkişaf etdirilməsinin, parlamentlərin xarici əlaqələr komitələrinin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğuladı.

Dövlətimizin başçısı, öz növbəsində, Ermənistandakı Nemesis abidəsinin qoyulmasının qəbuledilməz hal olduğunu bir daha qeyd etdi.

Görüşdə, həmçinin Orta Dəhliz, enerji sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı, son dövrlərdə Türkiyə ilə Azərbaycan arasında Preferensial Ticarət Sazişindən irəli gələrək iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi və ticarət dövriyyəsinin 6 milyard dollara çatması müsbət məqamlar kimi qeyd olundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

90-cı illərdə Azərbaycanda TOY - VİDEO

90-cı illərdə Azərbaycanda TOY - VİDEO

İmtahanlarda təkrar iştirak ödənişli olacaq - Agentlik AÇIQLADI

İmtahanlarda təkrar iştirak ödənişli olacaq - Agentlik AÇIQLADI

Ucarda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Ucarda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Qızıl almaq istədiyini deyərək soyğunçuluq etdi – ANBAAN VİDEO

Qızıl almaq istədiyini deyərək soyğunçuluq etdi – ANBAAN VİDEO

Fevralın ilk gününün HAVA PROQNOZU

Fevralın ilk gününün HAVA PROQNOZU

“Kevin”dən təsirli PAYLAŞIM: “Sənə deyəcək çox sözüm vardı...” - FOTO

“Kevin”dən təsirli PAYLAŞIM: “Sənə deyəcək çox sözüm vardı...” - FOTO

Sabahdan bu avtobuslar YENİLƏNİR - Gedişhaqqı 50 qəpik

Sabahdan bu avtobuslar YENİLƏNİR - Gedişhaqqı 50 qəpik

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: ”İnsanları donor olmağa çağırıram”

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: ”İnsanları donor olmağa çağırıram”

Pezeşkiandan ÇAĞIRIŞ: “Xalqa qarşı yanaşmanı yenidən dəyərləndirin” – VİDEO

Pezeşkiandan ÇAĞIRIŞ: “Xalqa qarşı yanaşmanı yenidən dəyərləndirin” – VİDEO

Ödənişli yolda ağır QƏZA – Ölən var

Ödənişli yolda ağır QƏZA – Ölən var

ABŞ azərbaycanlı milyarderə sanksiya tətbiq etdi

ABŞ azərbaycanlı milyarderə sanksiya tətbiq etdi

Azərbaycanda vəkillərin sayı AÇIQLANDI

Azərbaycanda vəkillərin sayı AÇIQLANDI

Süni intellektin tibbi məsləhəti nə qədər ETİBARLIDIR?

Süni intellektin tibbi məsləhəti nə qədər ETİBARLIDIR?

Bu adaya ayaq basan dəli olur

Bu adaya ayaq basan dəli olur

57 yaşında 8-ci övladı olacaq

57 yaşında 8-ci övladı olacaq

“Azərbaycanda donor olmaq istəyən deputatlar var” - Milli Məclisin Səhiyyə komitəsi

“Azərbaycanda donor olmaq istəyən deputatlar var” - Milli Məclisin Səhiyyə komitəsi

Bakıda hamilə qadın faciəli şəkildə dünyasını dəyişdi

Bakıda hamilə qadın faciəli şəkildə dünyasını dəyişdi

Anar Bağırov: “Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir”

Anar Bağırov: “Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir”

Bakıda restoranda YANĞIN – VİDEO

Bakıda restoranda YANĞIN – VİDEO

Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq

Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Rusiyadan növbəti SƏRT ADDIM – Bu dəfə miqrant ailələri hədəf alındı – DETALLAR

Rusiyadan növbəti SƏRT ADDIM – Bu dəfə miqrant ailələri hədəf alındı – DETALLAR

Bu ölkədə qızıldan küçə salınacaq

Bu ölkədə qızıldan küçə salınacaq

End of content

No more pages to load

RADİO