Qırmızı Xaçın QARA FƏALİYYƏTİ – Üzdə yardım, baqajda SİLAH... 

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin Laçın sərhəd-buraxılış məntəqəsindən keçidinə müvəqqəti olaraq qadağa qoyub. 

DSX-nin bu addımı atmasının səbəbi isə BQXK-nin Beynəlxalq və Azərbaycan qanunlarına zidd hərəkətləridir. Belə ki, Laçın NBM fəaliyyətə başlayandan sonra BQXK-nin İrəvan ofisi öz səlahiyyət və missiyalarına aid olmayan işlərə qurşanıb. 

Qurumun bayrağı altında hərəkət edən avtomobillərlə Xankəndinə qaçaqmal daşıyıblar. Bu özbaşnalığa görə DSX dəfələrlə BQXK-nin yerli nümayəndələrinə xəbərdarlıq edib. 

Lakin Komitənin təmsilçiləri bütün xəbərdarlıqları görməməzlikdən gəliblər. Ona görə də Azərbaycanının müvafiq qurumları inzibati tədbirlər görmək məcburiyyətində qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

DSX ermənilərin “Laçın” məntəqəsində qanunsuz əməllərinin qarşısını alıb - TƏFƏRRÜAT


Və BQXK-nin nümayəndələrinin qanunazidd əməllərinə dair toplanan faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən keçidi müvəqqəti olaraq dayandırılıb.

BQXK son 30 ildə Qarabağda nə ilə məşğul olub?

Məlum olduğu kimi BQXK humanitar təşkilatdır. Tərəfsizliyi və humanist prinsipləri özünə deviz edən qurum dünyanın fəlakət və qaynar bölgələrində fəaliyyət göstərir. Təbii ki, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan sonra BQXK bölgəyə gəlib. Onlar 30 ildən artıqdır ki, münaqişə bölgəsində fəaliyyət göstərirlər. 

Lakin bu qurum bölgədəki fəaliyyəti dövründə bir qayda olaraq öz ali prinsiplərinə xəyanət edib. Birinci Qarabağ müharibəsində BQXK sözün hər mənasında ermənilərin dəstəkçisi olub. Hələ 1990-cı illərdə Qarabağa silah-sursat daşınmasında Komitənin heyəti ermənilərə böyük ölçüdə yardım edib. 
Hətta erməni kəşfiyyatı ilə əlbir işləyib. Şahidlər danışır ki, bizim hərbi qüvvələr hücuma keçən kimi, hansısa mövqe üstünlüyü qazanan kimi BQXK nümayəndələri həmən döyüş bölgəsində peyda olurdular. Və yaralıları toplamaq adı ilə azərbaycanlıları döyüşü dayandırmağa məcbur edirdilər. 

44 günlük müharibə dövründə də Komitə cinayətkar əməllərini davam etdirib. Tez-tez döyüş mövqeyində peyda olan BQXK əməkdaşları həm Azərbaycan ordusunun sürətli hücumuna əngəl olub, həm də vacib kəşfiyyat məlumatlarını Ermənistan tərəfinə ötürüb. 

44 günlük müharibə dövründə bu təşkilatın nümayəndələri yalnız Ermənistanın maraqlarından çıxış edirdilər. Onların qaynar nöqtələrə daxil olaraq hərbi məlumatlar toplaması və düşmən tərəfə ötürmələrinə dair ciddi şübhələr mövcuddur.

Ona görə də təəssüf hissi ilə deyə bilərik ki, həmin vaxtda  bir çox hərbçilərimizin həlak olmasında BQXK-nin birbaşa iştirakı olub. 

BQXK-nin Qarabağdakı fəaliyyəti qanunsuzdur

Bu qurum münaqişə başlayandan sonra Bakıda və İrəvanda özlərinə ofis açdı. Amma nədənsə qurumun Qarabağdakı fəaliyyəti İrəvan ofisindən idarə olunurdu. Halbuki, münaqişə Azərbaycan ərazisində gedirdi. Və ötən uzun müddətdə qurum ancaq erməni maraqlarından çıxış edib. 

Təşkilatın nümayəndələri ermənilərə təkcə humanitar yardım etməyiblər. Eyni zamanda, Beynəlxalq aləmdə ermənilərin əsas informatoru kimi çıxış ediblər. Azərbaycanlılara qarşı törədilən soyqırımı, terror və təxribatları bu qurum lentə alaraq Beynəlxalq aləmdə ermənilərə qarşı törədilmiş fakt kimi təqdim edilməsində Komitənin əməyi az olmayıb. 

Çox təəssüf ki, 10 noyabr bəyanatından sonra da qurum Bakıdan daha çox İrəvanla əməkdaşlıq etməyə maraq göstərib.

Hətta 12 dekabrda ekoaktivistlərin başlatdığı dinc aksiyanı dünyaya təhrif olunmuş şəkildə çatdıran təşkilatlardan biri və bəlkə də birincisi BQXK olub. Və bu məlumatlar Komitənin Bakı yox, İrəvan ofisinin adından yayımlanıb. 

Halbuki, Qarabağ Azərbaycan ərazisi olduğu üçün qurumun Bakı ofisi bölgədə daha fəal olmalıdır. Di gəl ki, İrəvan ofisi hər zaman olduğu kimi, bu gün də Qarabağda fəaliyyətini davam etdirir. Bu isə həm beynəlxalq qanuna zidd, həm də Azərbaycanın suveren hüquqlarına hörmətsizlikdir. Bir sözlə BQXK-nin Qarabağdakı fəaliyyəti tamamilə qanunsuzdur. 

İrəvan ofisində çalışanlar hansı kriteriya ilə işə alınır?

Apardığımız araşdırmalar zamanı məlum olub ki, hazırda BQXK-nın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana dost olmayan ölkələrin vətəndaşları xüsusi çəkiyə malikdir.

Qurumun Xankəndi ofisi birbaşa İrəvandan idarə olunur. Hər iki ofisdə işləyənlərsə Azərbaycana olduqca mənfi münasibət bəsləyən şəxslərdir. Öz işində vicdanlı olan, ədaləti müdafiə edən işçilər zaman-zaman müxtəlif adlarla gözdən salınıb və bu ofislərdən uzaqlaşdırılıb. 

Ən pisi də odur ki, BQXK Bakı ofisinə də təyinatda hər zaman subyektivliyə yol verib, ölkəmizə antipatiyası olan adamları işə götürüb. Təsadüfi deyil ki, son 30 ildə qurumun Bakı ofisində xeyli sayda belə şəxslərin olması aşkarlanıb və onların Azərbaycandan qovulmasına nail olunub.

BQXK bölgədə humanitar yox, qaçaqmalçılıq fəaliyyəti göstərir

Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra BQXK-nin Qarabağdakı bədnam fəaliyyətinin böyük ölçüdə qarşısı alınıb. Lakin təşkilat öz xislətindən əl çəkmir, Xankəndi və İrəvan arasında əsas informator və kommersiya qurumu kimi fəaliyyətini davam etdirmək istəyir. 

Təbii ki, Komitənin Azərbaycanın Qarabağ bölgəsindəki  fəaliyyətində ölkəmizin müvafiq qurumları tərəfindən apardığı araşdırmalar nəticəsində sonsuz sayda qanun pozuntuları aşkarlanıb.

Məlum olub ki, təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək son vaxtlar faktiki qaçaqmalçılıq fəaliyyəti göstəriblər. Ona görə də müvafiq qurumlar qəti addımlar atıb. BQXK –nin Laçın NBM-dən keçidi məhdudlaşdırılıb. 

Çünki qurumun qanunsuz fəaliyyətini başqa cür dayandırmaq mümkün deyil. Axı, kim zəmanət verə bilər ki, uzun müddətdir davam edən qaçaqmalçılıq fəaliyyəti zamanı bu təşkilatın vasitəsilə Azərbaycan ərazisinə Ermənistandan silah-sursat da daşınmayıb?! 
Üstəlik, bu məhsullar Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir. Bu isə Azərbaycana qarşı törədilən iqtisadi diversiyadır. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın bir sıra şəhərlərində partlayışlar baş verib - VİDEO

İranın bir sıra şəhərlərində partlayışlar baş verib - VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq VERİLDİ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq VERİLDİ

Azərbaycanlı müğənniyə qarşı DƏLƏDUZLUQ: Polisə şikayət etdi - FOTO

Azərbaycanlı müğənniyə qarşı DƏLƏDUZLUQ: Polisə şikayət etdi - FOTO

Bu mövsüm Çempionlar Liqasında 9,2 milyon avro İTİRDİLƏR

Bu mövsüm Çempionlar Liqasında 9,2 milyon avro İTİRDİLƏR

İran İsraili HƏDƏLƏDİ: ABŞ bizə hücum etsə…

İran İsraili HƏDƏLƏDİ: ABŞ bizə hücum etsə…

Azərbaycan manatının dövretmə sürəti AZALDI

Azərbaycan manatının dövretmə sürəti AZALDI

Yer ölçüsünə yaxın yeni planet AŞKARLANDI

Yer ölçüsünə yaxın yeni planet AŞKARLANDI

“Fənərbağça” bu hücumçu ilə anlaşdı

“Fənərbağça” bu hücumçu ilə anlaşdı

"Min yeyənimiz olsun, bir deyənimiz olmasın"

"Min yeyənimiz olsun, bir deyənimiz olmasın"

“Vilyarreal” ABŞ millisinin üzvünü transfer etdi

“Vilyarreal” ABŞ millisinin üzvünü transfer etdi

Kiyev metrosu fəaliyyətini DAYANDIRDI

Kiyev metrosu fəaliyyətini DAYANDIRDI

Beşbarmaqda qədim karvansaray aşkarlandı – FOTO

Beşbarmaqda qədim karvansaray aşkarlandı – FOTO

Azərbaycanda əhalinin bank əmanətləri ARTIB – RƏQƏMLƏR

Azərbaycanda əhalinin bank əmanətləri ARTIB – RƏQƏMLƏR

Ukrayna və Moldovanın enerji təchizatında PROBLEM YARANDI

Ukrayna və Moldovanın enerji təchizatında PROBLEM YARANDI

İtaliyalı futbolçu Fransa klubuna keçir

İtaliyalı futbolçu Fransa klubuna keçir

İribuynuzlu heyvan idxalı artdı - Ət UCUZLAŞACAQ?

İribuynuzlu heyvan idxalı artdı - Ət UCUZLAŞACAQ?

İnterneti həqiqətən kim icad edib? - "Google"un gizlətdiyi qaranlıq TARİX

İnterneti həqiqətən kim icad edib? - "Google"un gizlətdiyi qaranlıq TARİX

Yaponiyada əcnəbi işçilərin sayı yenidən rekord həddə ÇATDI

Yaponiyada əcnəbi işçilərin sayı yenidən rekord həddə ÇATDI

Əraqçi: “Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq”

Əraqçi: “Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq”

Kəmaləddin Heydərov toyda mahnı oxudu – VİDEO

Kəmaləddin Heydərov toyda mahnı oxudu – VİDEO

ABŞ hökuməti qismən "şatdaun" elan etdi

ABŞ hökuməti qismən "şatdaun" elan etdi

Psixologiyaya görə yuxuları xatırlamamaq nə deməkdir?

Psixologiyaya görə yuxuları xatırlamamaq nə deməkdir?

Ötən gün Azərbaycanda 56 cinayətin üstü açılıb – DİN

Ötən gün Azərbaycanda 56 cinayətin üstü açılıb – DİN

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

End of content

No more pages to load

RADİO