İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ÜNVANLADI

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Şavkat Miromonoviç,

Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə keçirilən növbədənkənar seçkilərdə qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Səsvermənin nəticələri milli iradənin ifadəsi, Özbəkistan vətəndaşlarının Sizin şəxsinizə olan sonsuz etimadının, inamının və hörmətinin, ölkənizin hərtərəfli inkişafı, rifahı və tərəqqisi naminə yürütdüyünüz siyasi xəttə geniş xalq dəstəyinin bariz təzahürüdür.

Biz ortaq tarixi-mədəni köklər, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Xalqlarımızın iradə və məramından qaynaqlanan, qarşılıqlı inam və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi, tərəfdaşlığımızın yüksələn xətlə inkişaf etməsi xüsusi məmnunluq doğurur.

Sevindirici haldır ki, son dövrdə ikitərəfli münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir.

Əminəm ki, birgə səylərimizlə qardaş ölkələr və etibarlı tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq.
Hörmətli Şavkat Miromonoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Özbəkistan Respublikasının və xalqının əmin-amanlığı və firavanlığı naminə məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tikintidə həyatını itirən İlkinin FOTOSU

Tikintidə həyatını itirən İlkinin FOTOSU

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi baş tutacaq

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi baş tutacaq

İsrail Livanın Bint Cbeyl şəhərini mühasirəyə aldı - Gərgin döyüşlər gedir

İsrail Livanın Bint Cbeyl şəhərini mühasirəyə aldı - Gərgin döyüşlər gedir

Azərbaycanın şimalında yaşayan pravoslav xristianlar Pasxa bayramını qeyd ediblər - FOTO/VİDEO

Azərbaycanın şimalında yaşayan pravoslav xristianlar Pasxa bayramını qeyd ediblər - FOTO/VİDEO

Alyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım etdi - FOTO

Alyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım etdi - FOTO

Salyan qəzasında xəsarət alanların SON DURUMU

Salyan qəzasında xəsarət alanların SON DURUMU

Qaxda yaşayan gürcülər Pasxa bayramını belə qeyd edirlər - FOTO/VİDEO

Qaxda yaşayan gürcülər Pasxa bayramını belə qeyd edirlər - FOTO/VİDEO

DYP-dən küləkli hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən küləkli hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rəhman Əşrəfov HƏBS EDİLDİ - FOTO

Rəhman Əşrəfov HƏBS EDİLDİ - FOTO

Paşinyan Göyçə mahalına getdi - Yenə “pirojki” yedi - VİDEO

Paşinyan Göyçə mahalına getdi - Yenə “pirojki” yedi - VİDEO

Polis Bakıda əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Polis Bakıda əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürəcək?

Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürəcək?

Bakıda marketlərdən oğurluq edən 5 nəfər TUTULDU

Bakıda marketlərdən oğurluq edən 5 nəfər TUTULDU

“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

İsrail ordusu Tulkərmdə partlayıcı maddələr hazırlanan laboratoriyanı MƏHV ETDİ - VİDEO

İsrail ordusu Tulkərmdə partlayıcı maddələr hazırlanan laboratoriyanı MƏHV ETDİ - VİDEO

Bloomberg: Hörmüz boğazından iki iri tanker keçə bilməyib

Bloomberg: Hörmüz boğazından iki iri tanker keçə bilməyib

Saç tökülməsinə qarşı YENİ ÜSUL

Saç tökülməsinə qarşı YENİ ÜSUL

Həmin qətli törədən şəxs TUTULDU

Həmin qətli törədən şəxs TUTULDU

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Tofiq Əliyev: "Avropa çempionatında gümüş medal qazandığımız üçün qürur duyuram"

Tofiq Əliyev: "Avropa çempionatında gümüş medal qazandığımız üçün qürur duyuram"

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb

Bundesliqa tarixində ilk: “Union Berlin” klubunda qadın baş məşqçi

Bundesliqa tarixində ilk: “Union Berlin” klubunda qadın baş məşqçi

FAKTİKİ HAVA: Şahdağa qar yağıb

FAKTİKİ HAVA: Şahdağa qar yağıb

End of content

No more pages to load

RADİO