İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibini qəbul EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolini qəbul edib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev münasibətlərimizin dərinləşdirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edərək, özünün 2020-ci ildə Vatikana səfərini və Pietro Parolin ilə görüşünü, həmçinin Roma Papası Fransiskin ölkəmizə səfərini məmnunluqla xatırladı.

Dövlətimizin başçısı kardinal Pietro Parolinin səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyi vurğuladı.

Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edən kardinal Pietro Parolin Roma Papası Fransiskin salamlarını və ən xoş arzularını, həmçinin ölkəmizdə katolik icmaya göstərilən diqqətə görə təşəkkürünü dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin açılmasını qeyd etdi.

Kardinal Pietro Parolin səfirliyin açılmasına görə təşəkkürünü bildirdi, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırdı.

Söhbət zamanı Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Kardinal Pietro Parolin ölkəmizdə dini abidələrin bərpası istiqamətində görülən işləri vurğuladı, katolik kilsəsində aparılan bərpa işlərinə görə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirdi.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tikintidə həyatını itirən İlkinin FOTOSU

Tikintidə həyatını itirən İlkinin FOTOSU

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi baş tutacaq

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi baş tutacaq

İsrail Livanın Bint Cbeyl şəhərini mühasirəyə aldı - Gərgin döyüşlər gedir

İsrail Livanın Bint Cbeyl şəhərini mühasirəyə aldı - Gərgin döyüşlər gedir

Azərbaycanın şimalında yaşayan pravoslav xristianlar Pasxa bayramını qeyd ediblər - FOTO/VİDEO

Azərbaycanın şimalında yaşayan pravoslav xristianlar Pasxa bayramını qeyd ediblər - FOTO/VİDEO

Alyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım etdi - FOTO

Alyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım etdi - FOTO

Salyan qəzasında xəsarət alanların SON DURUMU

Salyan qəzasında xəsarət alanların SON DURUMU

Qaxda yaşayan gürcülər Pasxa bayramını belə qeyd edirlər - FOTO/VİDEO

Qaxda yaşayan gürcülər Pasxa bayramını belə qeyd edirlər - FOTO/VİDEO

DYP-dən küləkli hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən küləkli hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rəhman Əşrəfov HƏBS EDİLDİ - FOTO

Rəhman Əşrəfov HƏBS EDİLDİ - FOTO

Paşinyan Göyçə mahalına getdi - Yenə “pirojki” yedi - VİDEO

Paşinyan Göyçə mahalına getdi - Yenə “pirojki” yedi - VİDEO

Polis Bakıda əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Polis Bakıda əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürəcək?

Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürəcək?

Bakıda marketlərdən oğurluq edən 5 nəfər TUTULDU

Bakıda marketlərdən oğurluq edən 5 nəfər TUTULDU

“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu

İsrail ordusu Tulkərmdə partlayıcı maddələr hazırlanan laboratoriyanı MƏHV ETDİ - VİDEO

İsrail ordusu Tulkərmdə partlayıcı maddələr hazırlanan laboratoriyanı MƏHV ETDİ - VİDEO

Bloomberg: Hörmüz boğazından iki iri tanker keçə bilməyib

Bloomberg: Hörmüz boğazından iki iri tanker keçə bilməyib

Saç tökülməsinə qarşı YENİ ÜSUL

Saç tökülməsinə qarşı YENİ ÜSUL

Həmin qətli törədən şəxs TUTULDU

Həmin qətli törədən şəxs TUTULDU

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Tofiq Əliyev: "Avropa çempionatında gümüş medal qazandığımız üçün qürur duyuram"

Tofiq Əliyev: "Avropa çempionatında gümüş medal qazandığımız üçün qürur duyuram"

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb

Bundesliqa tarixində ilk: “Union Berlin” klubunda qadın baş məşqçi

Bundesliqa tarixində ilk: “Union Berlin” klubunda qadın baş məşqçi

FAKTİKİ HAVA: Şahdağa qar yağıb

FAKTİKİ HAVA: Şahdağa qar yağıb

End of content

No more pages to load

RADİO