Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini və diplomatik nümayəndəliklərin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə TDT-nin "Twitter" səhifəsindəki paylaşımda deyilir.
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərinin bütün diplomatik xidmət əməkdaşlarını səmimi qəlbdən təbrik edir, uğurlu fəaliyyətlərinin davamlı olmasını arzulayırıq", - deyə paylaşımda bildirilir.

Bizim.Media