Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağda antiterror əməliyyatı həyata keçirəcəyi halda rus sülhməramlılarının hərəkətlərini şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə danışıb.
“Rusiya sülhməramlılarının hərəkətləri vəziyyətin inkişafına uyğun olacaq və şübhəsiz ki, üç ölkə (Azərbaycan, Rusiya və Ermənistan) arasında imzalanmış razılaşmalara əsaslanacaq”, deyə o, qeyd edib.
Bizim.Media