Azərbaycanla Türkiyə arasında gömrük rüsumlarına dair sənəd təsdiq EDİLDİ

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılır. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. 

Beləliklə, 15 növ kənd təsərrüfatı və digər Azərbaycan və türk mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir (pendir, çay, şəkər, meyvə-tərəvəz çeşidləri və s.).

Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır. 

Qeyd edilib ki, qeyri-neft ixracının artımı üçün əlverişli şəraitin yaradılması məqsədilə xarici ölkələrlə ticarət əlaqələrinin inkişafı ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.

Bu çərçivədə, ölkəmizin bağladığı və hazırda qüvvədə olan 10 ölkə ilə sərbəst ticarət, habelə bir çox ölkə ilə ikitərəfli ticarət və ya ticarət-iqtisadi əməkdaşlıq sahələrini tənzimləyən sazişlərə əlavə olaraq, Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biri olan Türkiyə Respublikası ilə də preferensial ticarət Sazişi imzalanıb.

Belə ki, 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi" 2020-ci ilin 31 may tarixində 115-VIQ nömrəli qanunla təsdiq edilib. 
Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarat Sazişinə dəyişiklik haqqında Protokol 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanıb. Sənədin icrası qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərin gerçəkləşməsinə töhfə verəcək.

Protokola əsasən, Tərəflər əlavələrində qeyd olunmuş mallara ticarət üçün güzəştlərə əlavə olaraq, bu Protokola əlavədə qeyd olunmuş malların ticarətində bir-birinə güzəştlər verəcəklər. Hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və ya əlavə rüsumu bu əlavələrdə göstərilib.

Əlavələrdə sadalanan 15 növ Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə idxal ediləcək sənaye və digər mallara preferensial ticarət rejimi çərçivəsində tətbiq ediləcək güzəştlər göstərilir. Buraya spirtli içki növləri, yarımfabrikatlar, karton malları, qablaşdırma və bükmə üçün avadanlıq, müxtəlif növ aparatura və s. kimi mallar aiddir. 

Bütövlüklə, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan və Türkiyə arasında tətbiq ediləm preferensial ticarət rejimi çərçivəsində ümumilikdə 30 növ kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı, həmçinin sənaye və digər malların güzəştli idxalı və ixracı həyata keçiriləcək.

Həmçinin bu Protokol mövcud Sazişin 3-cü maddəsində nəzərdə tutulmuş müddəti Saziş çərçivəsində mallara verilən güzəştlərin qüvvəyə mindiyi tarixdən sonrakı 10 illik müddətə nəzərdə tutulur. 

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Putin Pezeşkianla telefonla danışdı

Putin Pezeşkianla telefonla danışdı

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Antalya Diplomatiya Forumu dünya siyasətçilərini bir araya gətirəcək

Antalya Diplomatiya Forumu dünya siyasətçilərini bir araya gətirəcək

Peskov: “Donbas sərhədlərinə çatdıqdan sonra Kiyevlə danışmaq daha çətin olacaq”

Peskov: “Donbas sərhədlərinə çatdıqdan sonra Kiyevlə danışmaq daha çətin olacaq”

İran neft emalı zavodlarının gücünü 1-2 aya bərpa edəcək - Nazir müavini

İran neft emalı zavodlarının gücünü 1-2 aya bərpa edəcək - Nazir müavini

"Ümid-Babək" yatağı ilə bağlı sənəd imzalandı

"Ümid-Babək" yatağı ilə bağlı sənəd imzalandı

Peskov: “Ukraynada davamlı sülhə “bu gün” də nail olmaq olar”

Peskov: “Ukraynada davamlı sülhə “bu gün” də nail olmaq olar”

Zaur Mikayılov: “Sənədsiz evlərə su verilməyəcək” - VİDEO

Zaur Mikayılov: “Sənədsiz evlərə su verilməyəcək” - VİDEO

İranın Vaşinqtondan fərqli olaraq əlində daha çox “kozırı” var - Amerikalı diplomat

İranın Vaşinqtondan fərqli olaraq əlində daha çox “kozırı” var - Amerikalı diplomat

Cennifer Lopez Coachella səhnəsinə parlaq bodidə çıxdı - FOTO

Cennifer Lopez Coachella səhnəsinə parlaq bodidə çıxdı - FOTO

İspaniya ilə İsrail arasında daha bir qalmaqal: Netanyahuya bənzədilən maket partladıldı - VİDEO

İspaniya ilə İsrail arasında daha bir qalmaqal: Netanyahuya bənzədilən maket partladıldı - VİDEO

Gəncə və ətraf rayonlarda yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər - FOTO

Gəncə və ətraf rayonlarda yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər - FOTO

X platformasının ayrıca mesajlaşma tətbiqi istifadəyə veriləcək

X platformasının ayrıca mesajlaşma tətbiqi istifadəyə veriləcək

Kişilərin evlilikdən qaçış səbəbi BU İMİŞ – Öz dillərindən ETİRAF

Kişilərin evlilikdən qaçış səbəbi BU İMİŞ – Öz dillərindən ETİRAF

Yuxusuzluğun səbəbi ilə bağlı məşhur mif dağıdıldı

Yuxusuzluğun səbəbi ilə bağlı məşhur mif dağıdıldı

End of content

No more pages to load

RADİO