İlham Əliyev Nepalın xarici işlər nazirini qəbul ETDİ - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saudu qəbul edib.

Bizim.Media xəbər verir ki, Bakının gözəlliyinin onu valeh etdiyini deyən Narayan Prakaş Saud Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini vurğulayıb, Azərbaycanın inkişaf etməkdə olan ölkələr üçün nümunə olduğunu deyib. Nepalın xarici işlər naziri ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.

Nepallı tələbələrin Azərbaycanın təqdim etdiyi təqaüd proqramları çərçivəsində təhsil aldıqlarını deyən qonaq buna görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanla Nepalın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edib, ölkələrimiz arasında münasibətlərin həmişə yaxşı olduğunu, lakin əlaqələri daha da genişləndirmək üçün böyük imkanların mövcudluğunu vurğulayıb.

Dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradıldığını deyib, hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində iş aparıldığını qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Nepala təşəkkürünü bildirib.

Görüşdə ölkələrimiz arasında biznesin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, bu xüsusda nümayəndə heyətlərinin mübadiləsi məsələləri müzakirə olunub.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Putinlə görüş olmadan ərazi məsələlərini həll etmək mümkün deyil” - Zelenski

“Putinlə görüş olmadan ərazi məsələlərini həll etmək mümkün deyil” - Zelenski

Qışın ortalarında BÜRCLƏRİ nə gözləyir?

Qışın ortalarında BÜRCLƏRİ nə gözləyir?

“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir

“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir

Zelenski xarici ölkələrə köçən ukraynalıları müharibəyə ÇAĞIRDI

Zelenski xarici ölkələrə köçən ukraynalıları müharibəyə ÇAĞIRDI

İlk dəfə elektron qaydada eksternat imtahanları KEÇİRİLDİ

İlk dəfə elektron qaydada eksternat imtahanları KEÇİRİLDİ

Millimizin üzvü Serbiya KLUBUNDA

Millimizin üzvü Serbiya KLUBUNDA

Kişilərin daha az yaşamasının səbəbi nədir - ARAŞDIRMA

Kişilərin daha az yaşamasının səbəbi nədir - ARAŞDIRMA

Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də İŞİNİ İTİRDİ

Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də İŞİNİ İTİRDİ

“Uğurlu kommunikasiya: səlis nitq və sərlövhə yaradıcılığı” mövzusunda təlim keçirildi - FOTO

“Uğurlu kommunikasiya: səlis nitq və sərlövhə yaradıcılığı” mövzusunda təlim keçirildi - FOTO

Azarkeşlər matça gəlmədi, klub sükut içində QƏLƏBƏ QAZANDI

Azarkeşlər matça gəlmədi, klub sükut içində QƏLƏBƏ QAZANDI

“İrana yeni hücum olacağı təqdirdə, qətiyyətli cavab verəcək” - Əraqçi

“İrana yeni hücum olacağı təqdirdə, qətiyyətli cavab verəcək” - Əraqçi

Xalq artistinin oğlu DÖYÜLDÜ

Xalq artistinin oğlu DÖYÜLDÜ

Qrip və soyuqdəymə zamanı bunlardan UZAQ DURUN - İmmuniteti zəiflədir

Qrip və soyuqdəymə zamanı bunlardan UZAQ DURUN - İmmuniteti zəiflədir

“Liverpul”da QALMAQAL

“Liverpul”da QALMAQAL

"Bu sənətdə sırtıldım" - VİDEO

"Bu sənətdə sırtıldım" - VİDEO

İranda çoxmərtəbəli binadakı partlayışda nəfər xəsarət alıb - FOTO

İranda çoxmərtəbəli binadakı partlayışda nəfər xəsarət alıb - FOTO

Azərbaycan tibb tarixində YENİ SƏHİFƏ: İlk ürək transplantasiyası - FOTO

Azərbaycan tibb tarixində YENİ SƏHİFƏ: İlk ürək transplantasiyası - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Arvadını öldürmək istəyən şəxsin cəzası 4 il 6 ay AZALDILDI

Arvadını öldürmək istəyən şəxsin cəzası 4 il 6 ay AZALDILDI

Benzema Avropaya qayıda bilər

Benzema Avropaya qayıda bilər

İranın bir sıra şəhərlərində partlayışlar baş verib - VİDEO

İranın bir sıra şəhərlərində partlayışlar baş verib - VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq VERİLDİ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq VERİLDİ

Azərbaycanlı müğənniyə qarşı DƏLƏDUZLUQ: Polisə şikayət etdi - FOTO

Azərbaycanlı müğənniyə qarşı DƏLƏDUZLUQ: Polisə şikayət etdi - FOTO

Bu mövsüm Çempionlar Liqasında 9,2 milyon avro İTİRDİLƏR

Bu mövsüm Çempionlar Liqasında 9,2 milyon avro İTİRDİLƏR

End of content

No more pages to load

RADİO