Dərviş Parisi, Makron isə bütün Avropanı PARTLATDI...

Avropada bir kabus dolaşır. Fransada baş qaldıran bu kabus artıq Belçika və İsveçrəyə də ayaq açıb. Bu kabus Avropaya sözün əsl mənasında od qoyub.

Bəs, Avropada nə baş verir?

Nəzər alaq ki, SSRİ dağılandan sonra ABŞ dünyanın tək super gücü oldu. Amma Avropanın bir çox dövlətləri üzdə ABŞ-ın yanında olduqlarını desələr də, fürsət düşdükcə Vaşinqtona qarşı çıxırdılar. Bu cür çıxışlar yekunda Avropa İttifaqının yaranması ilə nəticələndi. Və Avropanın əksər ölkələri bu İttifaqda birləşərək hətta öz dövlətlərinin bir sıra iqtisadi müstəqilliklərindən belə imtina etdilər. Şengen zonası və vahid tədavül vasitəsi-avro yaradıldı. 
 

MÖVZU İLƏ BAĞLI:

Makron kabinet üzvlərinə hansı tapşırığı verdi - Fransada nə baş verir?


İlkin illərdə avropalılar müəyyən qədər istəklərinə nail oldular. Ən azından dolları xeyli dəyərdən salmağı bacardılar. Lakin, bir millət, iki dövlət olan ABŞ və Böyük Britaniya yenidən bir araya gələdi. Və Böyük Britaniyanın “Brexit”i ilə Avropa İttifaqı ilk böyük zərbəni aldı. Bunun ardınca Ukrayna-Rusiya müharibəsi başlanıldı. 

Bununla da Aİ çətin bir bataqlığa sürükləndi. 

Ağ Ev bir güllə ilə “iki dovşanı” vurdu. İngilislər həm Rusiyanı, həm də Aİ-ni zəif salmaq üçün bu müharibədən çox böyük ustalıqla istifadə etdilər. Sanksiyalar təkcə Rusiyanı yox, Aİ-ni də taqətdən saldı. Təsadüfi deyil ki, bu müharibə başlayandan ötən müddət ərzində avro dollar qarşısında 20 faiz dəyər itirib. 

Bundan başqa əksər Avropa dövlətlərində infilyasiya 2 rəqəmlə ifadə olunur. Lakin Vaşinqton əldə olunlanla kifayətlənmək fikrində deyil. ABŞ hər vasitə ilə çalışır ki, qaynar ocaqlar Qərbi və Mərkəzi Avropaya keçsin. Bunun üçünsə daxili iğtişaşlar ən münasib üsullardan biridir. 

Bəs, niyə Fransa?

İlkin iğtişaş ocağı kimi Fransanın seçilməsi təsadüfi deyil. Çünki, son vaxtlar Paris bir sıra qlobal məsələlərdə moderator kimi çıxış etmək istəyirdi. Məsələn, ABŞ Cənubi Qafqazda Rusiyanı sıxışdırıb çıxartmaq istədiyi bir vaxtda Fransa özünü ortaya atdı. Mayın əvvəllərində Vaşinqtonda 4, iyunun sonunda isə 3 günlük danışıqlarla ABŞ göstərmək istədi ki, istənilən münaqişədə son söz Ağ Evindir. 

Lakin, Avropanın lider dövləti olmaq iddiasında olan Fransa bu cür mesajları görməzlikdən gəlmək istədi.

Bu isə Ağ Evdəkilərin heç də xoşuna gəlmədi. Ona görə də dərin dövlət rəsmi Parisi cəzalandırmaq qərarına gəlib. Və ötən həftə 17 yaşlı ərəb əsilli Nael adlı gəncin polis tərəfindən öldürülməsi iri miqyaslı ixtişalar üçün okeanın o tayındakılar üçün əla fürsət oldu. Artıq Fransada hadisələr nəzarətdən çıxıb. Makron höküməti ixtişaşlar qarşısında çox çarəsiz görünür. Bunun da səbəb təkcə xarici amillərlə bağlı deyil. İğtişaşların coğrafiyasının saatbasaat genişlənməsinin bir sıra sosial səbəbləri var. 

Makronun yanlış sosial siyasəti və uğursuz pensiya islahatları ölkəni dalana dirəyib. Narazı əhali isə öz etirazlarını ən pis formada ifadə edirlər. Əvvəlki etiraz mitinqlərindən fərqli olaraq bu dəfəki iğtişaşlar daha dağıdıcı və idarəolunmazdır. Ən qorxulu cəhəti isə odur ki, idarə olunmayan kütlə küçələrdəki ticarət və sosial obyektləri dağıdır və hətta ayrı-ayrı şəhərlərin rəhbərlərinin evlərinə soxulmaqdan, onlara xəsarət yetirməkdən belə çəkinmirlər.

Bu da bir daha onu göstərir ki, iğtişaşların qorxunc məcrada inkişafında konkret maraqlı qüvvələr var. Aparılan müşahidələr göstərir ki, hər 3 etirazçıdan 1-i 18 yaşına çatmamış yeniyetmələrdir. Yenyetmələrin iğtişaşlara cəlb edilməsi hansısa yerli siyasi qüvvələrin imkanı xaricindədir. Hadisələr inkişafı xaricdən diqqətlə izlənir və ixtişaşlar üçün yeni Yol Xəritəsi cızılır.

Makron nəylə məşğuldur? 

Təbii ki, dərin dövlət Yelisey Sarayındakıları əməlli başlı küncə sıxışdırıb. Lakin Makron höküməti reallıqları və olacaqları tam dərk etmir. Ona görə də hökümət hələlik müşahidəçi mövqeyindən çıxış edir. Ən pisi odur ki, Makron öz ambisiyalarından geri çəkilmir. Son müraciətində o günbəgün genişlənən iğtişaşların günahını özünün yarıtmaz siyasətində deyil, sosial şəbəkələrdə görür. ABŞ-ın sosial şəbəkələrinin adını çəkməyə qorxsa da “TikTok”un adını dilə gətirib. Guya ki, əhalini küçələrə haqlı tələblər yox, sosial çəbəkələrdir.

Bu da onu göstərir ki, Makron siyasi cəhətdən səbatsızdır. Belə olmasa idi o iğtişaşların başladığı ilk günlərdə hökümətin bəzi üzvlərini istefaya məcbur edərdi. Lakin siyasi yetkinliyi çatmayan Makron bunu etmək əvəzinə Fransadakı erməni diasporunun rəhbərlərindən biri Murad Papazyanla görüşüb, onunla biznes planlarını müzakirə etməzdi. Bu azmış kimi iğtişaşların davam etdiyi saatlarda Makron xanımı və yaxın çevrəsi ilə Elton Conun konsertində əylənməzdi.

Fransanı nə gözləyir?

Təbii baş verən iğtişaşlar Fransa dövləti və xalqı üçün itkisiz ötüşməyəcək. Ən yaxşı halda ölkə bu ixtişaşlardan çox böyük iqtisadi itkilərlə çıxacaq. Ən böyük zərbəni isə yəqin ki, Makron və onun höküməti görəcək. İndiki halda Yelisey Sarayında hökümətin istefaya getməsi ən doğru addım olardı. Makronun istefası da Fransanı gözlənilən bəlalardan xilas edə bilər. 

Lakin, vəzifə hərisliyi hələki Makronun istefaya getmək məcburiyyətini üstələyir. Bu isə onu göstərir ki, hamıya demokratiyadan və insan azadlıqlarından dərs keçmək istəyən Fransa iqtidarı özü bu dəyərlərdən çox-çox uzaqdır. 
Makron sona qədər hakimiyyətdə qalmağa çalışacaq. Bunun üçün çox saylı fransızın ölümünə, minlərlə fransızən maddi və mənəvi itkilərinə belə göz yumulacaq. Əslində, Yelisey Sarayında oturanların başqa cür yanaşmanı gözləmək də ağılsızlıq olardı. Çünki, baş verənlərə göstərilən münasibət Fransa demokratiyasının mahiyyətidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

SEPAH Trampa xəbərdarlıq etdi

SEPAH Trampa xəbərdarlıq etdi

“Sabah” Türkiyə klubuna qalib gəldi

“Sabah” Türkiyə klubuna qalib gəldi

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

İsraildə bayram tədbirləri ləğv edilir

İsraildə bayram tədbirləri ləğv edilir

İsrail yenidən müharibəyə hazırlaşır

İsrail yenidən müharibəyə hazırlaşır

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Putin Pezeşkianla telefonla danışdı

Putin Pezeşkianla telefonla danışdı

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Antalya Diplomatiya Forumu dünya siyasətçilərini bir araya gətirəcək

Antalya Diplomatiya Forumu dünya siyasətçilərini bir araya gətirəcək

Peskov: “Donbas sərhədlərinə çatdıqdan sonra Kiyevlə danışmaq daha çətin olacaq”

Peskov: “Donbas sərhədlərinə çatdıqdan sonra Kiyevlə danışmaq daha çətin olacaq”

End of content

No more pages to load

RADİO