Milli Məclisin sədrindən beynəlxalq parlament təşkilatlarına MÜRACİƏT 

Milli Məclisin sədri Sahibə Qafarova və Milli Məclisin nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq parlament təşkilatlarına Fransada baş vermiş son hadisələrlə əlaqədar müraciət ünvanlayıblar.

Bizim.Media xəbər verir ki, müraciətdə, 2023-cü il iyunun 28-də Fransanın Nanter şəhərində 17 yaşlı əlcəzairli taksi sürücüsünün polis əməkdaşı tərəfindən səbəbsiz atəş açılaraq öldürülməsinin dərin hiddət və narahatlıq doğurduğu bildirilir.

Milli Məclisin sədri Sahibə Qafarovanın və Milli Məclisin nümayəndə heyətləri rəhbərlərinin Parlamentlərarası İttifaqa, ATƏT Parlament Assambleyasına, Avropa Şurası Parlament Assambleyasına, Avropa Parlamentinin prezidentinə, Avronest Parlament Assambleyasına, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasına, Türk Dövlətləri Parlament Assambleyasına, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına, GUAM Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, NATO Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasına ünvanladıqları müraciətdə bu zorakılıq aktı şiddətlə qınanılıb, Fransada milli azlıqların hüquqlarına və təhlükəsizliyinə biganə münasibətin olması, qeyri millətlərdən olan şəxslərə qarşı etinasızlıq, ksenofobiya və dini dözümsüzlüyün dərin kök salmasına dair təəssüf hissi ifadə olunub.

Müraciətin mətnində, irqi nifrət zəminində törədilmiş bu qanlı cinayətin Fransada bir sıra milli azlıqların, o cümlədən Əlcəzair icması nümayəndələrinin bərabər, ədalətli və ləyaqətli münasibət tələb edərkən qarşılaşdıqları sistemli problemlərin və ikili standartların təzahürü olduğu qeyd edilib.

Səslərinin eşidilməsini istəyən insanların dialoq əvəzinə qeyri-mütənasib güc nümayişi ilə üzləşməsi gərginliyinin daha da artmasına səbəb olduğu bildirilib.

Günahsız gəncin öldürülməsi səbəbindən Parisdə və digər şəhərlərdə başlanan kütləvi etiraz aksiyaları və iğtişaşların bu ölkədə adi hala çevrilmiş qeyri-mütənasib polis zorakılığının, qanunsuzluğun və ayrı-seçkiliyin doğurduğu uçurumun, geniş əhali kütlələrinin hökumətə etimadsızlığının nə qədər dərin olduğu bildirilib.

Müraciətdə Avropanın demokratik və hüquq müdafiə institutlarının Fransa hökuməti tərəfindən nümayiş etdirilən bu kimi təhlükəli tendensiyalara lazımi diqqət yetirməməsi təəssüflə qeyd olunub.
Bunun ölkədə insan hüquqlarının, xüsusən milli azlıqların hüquqlarının müdafiəsi sahəsində vəziyyətin daha da pisləşməsinə gətirib çıxara biləcəyinə işarə edilib.

Sonda, bu zorakılıq aktı bir daha qətiyyətlə pislənilib, demokratiya, qanunun aliliyi prinsipinin üstünlüyünün vacibliyi vurğulanıb.

İnsan hüquqlarına dair beynəlxlaq sənədlərə uyğun olaraq, Fransa hökuməti irqi və milli nifrət zəminində törədilən belə cinayətlərin köklü səbəblərini aradan qaldırmaq məqsədilə milli azlıqların və digər sosial qrupların, habelə vətəndaş cəmiyyətinin nümayəndələri ilə konstruktiv dialoq aparmağa, bərabərlik, ədalət və bütün insanlara hörmət prinsiplərinin bərqərar edilməsinə yönələn islahatlar həyata keçirməyə dəvət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

SEPAH Trampa xəbərdarlıq etdi

SEPAH Trampa xəbərdarlıq etdi

“Sabah” Türkiyə klubuna qalib gəldi

“Sabah” Türkiyə klubuna qalib gəldi

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

İsraildə bayram tədbirləri ləğv edilir

İsraildə bayram tədbirləri ləğv edilir

İsrail yenidən müharibəyə hazırlaşır

İsrail yenidən müharibəyə hazırlaşır

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Putin Pezeşkianla telefonla danışdı

Putin Pezeşkianla telefonla danışdı

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Antalya Diplomatiya Forumu dünya siyasətçilərini bir araya gətirəcək

Antalya Diplomatiya Forumu dünya siyasətçilərini bir araya gətirəcək

Peskov: “Donbas sərhədlərinə çatdıqdan sonra Kiyevlə danışmaq daha çətin olacaq”

Peskov: “Donbas sərhədlərinə çatdıqdan sonra Kiyevlə danışmaq daha çətin olacaq”

End of content

No more pages to load

RADİO