Qərbi Azərbaycan İcması AŞPA-nın qətnaməsini kəskin şəkildə qınayıb

Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu yaxınlarda qəbul etdiyi 2508 (2023) saylı qətnaməni kəskin şəkildə qınayır. 

Qərbi Azərbaycan İcmasından Bizim.Media-ya bildirilib ki, bu qətnamə AŞPA-nın insan hüquqlarının mahiyyətinə birbaşa zidd olan qərəzli və naşı yanaşmasını bir daha nümayiş etdirir. 

AŞPA-nın bir tərəfdən humanizmdən dəm vurması, digər tərəfdən isə heç bir əsas olmadan Azərbaycanın Qarabağ bölgəsindən etnik ermənilərin emiqrasiyasına dair xəyali ssenari iddiası irəli sürməsi başdan başa böhtan olmaqla dərin hiddət doğurur.

Ermənistanın Göyçə, Zəngəzur, Dərələyəz və digər bölgələrindən zorla qovduğu etnik azərbaycanlılardan fərqli olaraq, ermənilər Azərbaycanın Qarabağ bölgəsində yaşamaqdadırlar. İnsan haqlarının müdafiəsi ilə məşğul olan AŞPA-nın Ermənistanın bütün azərbaycanlıları öz ərazisindən qovaraq, mono-etnik məkana çevrilməsi ilə rahat şəkildə razılaşması dərin narahatlıq doğurur. 
Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ üçün dəstək istəyən saysız-hesabsız müraciətlərinə göz yuman AŞPA indi etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrdən müdafiə etmək niyyətindədir. Əslində, AŞPA bu qətnamə ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını müdafiə edir.

Əgər AŞPA insan haqları məsələsində səmimi olsaydı, o, bizim geri qayıtmaq hüququmuzu müdafiə edərdi və Ermənistanın bir milyondan çox azərbaycanlıya qarşı bədnam etnik təmizləmə aparmasını və azərbaycanlıların öz vətənlərinə qayıtmasının qarşısını almasını ardıcıl olaraq pisləyərdi. 

Ermənistanın azərbaycanlılara qarşı sistemli şəkildə təbliğ etdiyi nifrəti nəzərə aldıqda, AŞPA-nın Azərbaycanda guya nifrət aşılayan çıxışların olmasını iddia etməsi gülüncdür. Ermənistanda etnik dözümsüzlüyün ən son nümunələri sırasında İrəvanda Azərbaycana və Türkiyəyə qarşı zorakı terrorçuluğu tərənnüm edən “Nemezis” abidəsinin ucaldılmasını qeyd etmək olar.

Bundan başqa, cəmi iki ay əvvəl İrəvanda keçirilən beynəlxalq idman tədbirində Baş nazirin gözünün qarşısında Azərbaycanın bayrağının yandırılması bu ölkədə tüğyan edən etnik nifrəti göstərən növbəti bir aktdır. 
AŞPA-nın azərbaycanlılara məxsus mədəni irsin sistemli şəkildə məhv edilməsinə göz yumması xüsusilə narahatlıq doğurur. Qətnamə müəlliflərinin bu məsələyə məhəl qoymamaqla, etnik mənşəyindən asılı olmayaraq, mədəni müxtəlifliyin və insan hüquqlarının qorunub saxlanmasında prinsipial olmadıqlarını nümayiş etdirirlər. 

Bu qətnamə AŞPA-nın anti-Azərbaycan qərəzli mövqeyini nümayiş etdirməklə yanaşı, həm də müəyyən əhali qrupunun etnik təmizləməyə məruz qaldıqdan sonra beynəlxalq ictimaiyyətin onların taleyinə biganə qaldığını göstərir. Belə yanaşma təhlükəlidir və ədalət və insan haqları prinsiplərini kökündən sarsıdır. 

AŞPA Azərbaycana sual doğuran məqsədləri olan missiya göndərməkdən danışmaq əvəzinə, azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək, onların hüquqlarının, əmlakının və mədəni irsinin qorunması üçün Ermənistana beynəlxalq missiyaların göndərilməsinə yardım etməlidir.

AŞPA Ermənistanın qovduğu azərbaycanlıların hüquqları ilə bağlı müvafiq konvensiyalar çərçivəsində öhdəliklərinə əməl etməsinin monitorinqini ən ümdə vəzifə kimi qarşısına qoyumalıdır. Qeyd edək ki, AŞPA Monitorinq Komitəsinə bununla bağlı göndərdiyimiz məktub bu günə kimi cavabsız qalıb. 
Nəhayət, AŞPA-nın separatçıların xeyrinə proqram və layihələr irəli sürən səxavətli təklifindən çox məyus olduq. Qərbi Azərbaycan İcması zorakı separatçılardan fərqli olaraq, beynəlxalq hüququn prinsiplərinə, o cümlədən ərazi bütövlüyü prinsipinə hörmət edir. Belə görünür ki, AŞPA zorakılıq edənləri mükafatlandırır, qanunun aliliyinə riayət edənləri isə cəzalandırır. 
Bu qətnamə Ermənistanın hərbi təcavüzünü və insanlığa qarşı cinayətlərini dəstəkləmək üçün insan hüquqlarının nəcib ideyasından sui-istifadə edən utancverici cəhddən başqa bir şey deyil.

O, Avropa Şurasının tarixində həmişəlik qara ləkə kimi qalacaq. 

Öz yanlış yanaşmasını düzəltmək, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hamı üçün ədalət və insan hüquqları prinsiplərini müdafiə etmək AŞPA-nın borcudur. Biz Assambleyanı insan haqlarına zidd, Azərbaycanofob mövqeyindən əl çəkməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtması ilə bağlı çağırışlarımıza cavab verməyə çağırırıq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna və NATO F-16 və HIMARS tədarükü ilə bağlı əməkdaşlıq edəcək

Ukrayna və NATO F-16 və HIMARS tədarükü ilə bağlı əməkdaşlıq edəcək

"Milan" qapıçısı ilə yeni müqavilə İMZALADI

"Milan" qapıçısı ilə yeni müqavilə İMZALADI

Ucarda iki nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Ucarda iki nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Məşhur türkiyəli müğənni Bakıda Azərbaycan mahnısı OXUDU - VİDEO/ÖZƏL

Məşhur türkiyəli müğənni Bakıda Azərbaycan mahnısı OXUDU - VİDEO/ÖZƏL

ABŞ-da növbəti “şatdaun” BAŞLADI

ABŞ-da növbəti “şatdaun” BAŞLADI

"Məktəb yoldaşlarım Ceyhun Bayramov, Fərid Qayıbov və Səbinə Əliyeva olub"

"Məktəb yoldaşlarım Ceyhun Bayramov, Fərid Qayıbov və Səbinə Əliyeva olub"

Husilər ABŞ-ın mümkün zərbəsi ərəfəsində İrana dəstək verdiklərini BƏYAN ETDİLƏR

Husilər ABŞ-ın mümkün zərbəsi ərəfəsində İrana dəstək verdiklərini BƏYAN ETDİLƏR

Səidə Bəkirqızı: “Rəqsanənin həbsini tələb edəcəyəm!” - VİDEO

Səidə Bəkirqızı: “Rəqsanənin həbsini tələb edəcəyəm!” - VİDEO

Benzema "Beşiktaş"a GƏLİR?

Benzema "Beşiktaş"a GƏLİR?

2 fevralda iş olacaq?

2 fevralda iş olacaq?

Kürdəmirdə AĞIR QƏZA: Qadın sürücü və 3 sərnişin xəsarət aldı - FOTO/VİDEO

Kürdəmirdə AĞIR QƏZA: Qadın sürücü və 3 sərnişin xəsarət aldı - FOTO/VİDEO

“Rusiya Ukraynada sülhün təmin olunması üzərində işləyir” - Uitkoff

“Rusiya Ukraynada sülhün təmin olunması üzərində işləyir” - Uitkoff

“Gəlinimin günahı yoxdur, oğluma ömürlük həbs verilsin” - Ağdamdakı insidentin TƏFƏRRÜATLARI - VİDEO

“Gəlinimin günahı yoxdur, oğluma ömürlük həbs verilsin” - Ağdamdakı insidentin TƏFƏRRÜATLARI - VİDEO

"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı

"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı

SON DƏQİQƏ: İran müharibəyə hazırlaşır

SON DƏQİQƏ: İran müharibəyə hazırlaşır

Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış

Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış

Prezident: “Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”

Prezident: “Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”

Prezident İlham Əliyev Məsud Pezeşkiana ZƏNG EDİB

Prezident İlham Əliyev Məsud Pezeşkiana ZƏNG EDİB

“Toppuş bacı”nın HƏYAT YOLDAŞI: “Allaha yalvardım ki, Tünzaləni bizə bağışla, qızım balacadır” - FOTO

“Toppuş bacı”nın HƏYAT YOLDAŞI: “Allaha yalvardım ki, Tünzaləni bizə bağışla, qızım balacadır” - FOTO

"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov

"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov

Şeyx Əbdül xəstəxanadan danışdı: "Zəng edib, Rasim Balayevə deyəcəm ki... "

Şeyx Əbdül xəstəxanadan danışdı: "Zəng edib, Rasim Balayevə deyəcəm ki... "

Südün sümükləri möhkəmləndirməsi ilə bağlı iddialar yalan imiş - ARAŞDIRMA

Südün sümükləri möhkəmləndirməsi ilə bağlı iddialar yalan imiş - ARAŞDIRMA

Bu marşrutlar üzrə yeni avtobuslar 50 qəpik gedişhaqqı ilə İŞLƏYƏCƏK

Bu marşrutlar üzrə yeni avtobuslar 50 qəpik gedişhaqqı ilə İŞLƏYƏCƏK

"Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə QALİB GƏLDİ

"Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə QALİB GƏLDİ

End of content

No more pages to load

RADİO