Ceyhun Bayramov Ceyk Sallivanla görüşüb

28 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətləri, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Görüşdə eyni zamanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib. 

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət haqqında qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsinin, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmamasının, hərbi-siyasi təxribatların davam etdirməsinin sülh səylərinə xələl gətirdiyini bildirib.

Mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycanın normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu vurğulanıb.  

Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsinin qəbuledilməzliyi vurğulanıb.

Bu istiqamətdə, Ermənistan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatın Azərbaycanın reinteqrasiya səylərini, o cümlədən erməni sakinlərinin sözügedən məntəqə vasitəsilə şəffaf və sərbəst hərəkətini həzm edə bilməməsinin göstəricisi olduğu qeyd edilib.  
Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın iki dövlət arasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətə dəstək göstərilməsində maraqlı olduğunu, bu xüsusda səylərin davam etdiriləcəyini diqqətə çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Salyanda 2 avtomobil toqquşdu - Yaralılar var

Salyanda 2 avtomobil toqquşdu - Yaralılar var

“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - VİDEO

İstisuya qar yağır - VİDEO

İstisuya qar yağır - VİDEO

Məleykə Əsədova qızı ilə obyektiv qarşısına keçdi - VİDEO

Məleykə Əsədova qızı ilə obyektiv qarşısına keçdi - VİDEO

Tramp: “İstəsək, İranı bir günə məhv edə bilərik”

Tramp: “İstəsək, İranı bir günə məhv edə bilərik”

Azərbaycanda yenə qohum evliliyi baş tutub - Qanuna ƏMƏL ETMİRLƏR

Azərbaycanda yenə qohum evliliyi baş tutub - Qanuna ƏMƏL ETMİRLƏR

Rusiya ordusu Xarkov və Donetsk vilayətlərində irəliləyib

Rusiya ordusu Xarkov və Donetsk vilayətlərində irəliləyib

Heyvanın möcüzələri hər kəsi heyrətləndirir

Heyvanın möcüzələri hər kəsi heyrətləndirir

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

SEPAH Trampa xəbərdarlıq etdi

SEPAH Trampa xəbərdarlıq etdi

“Sabah” Türkiyə klubuna qalib gəldi

“Sabah” Türkiyə klubuna qalib gəldi

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

İsraildə bayram tədbirləri ləğv edilir

İsraildə bayram tədbirləri ləğv edilir

İsrail yenidən müharibəyə hazırlaşır

İsrail yenidən müharibəyə hazırlaşır

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

End of content

No more pages to load

RADİO