Ceyhun Bayramov Türkiyə nümayəndə heyətilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı Ceyhun Bayramov qardaş Türkiyənin nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, Azərbaycan və Türkiyə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərin son zamanlar intensiv şəkildə inkişafından məmnunluqla bəhs etdi.

 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüş keçirir


Türkiyənin hər zaman Azərbaycanın haqq mövqeyinə dəstək olduğunu vurğulayan nazir 44 günlük Vətən müharibəsi dövründə bu dəstəyin bütün səviyyələrdə, o cümlədən, ali səviyyədə, Böyük Millət Məclisi, Müdafiə və Xarici İşlər Nazirlikləri daxil olmaqla bütün dövlət qurumları və nəhayət qardaş Türkiyə xalqı səviyyəsində açıq nümayiş edildiyini söylədi.

C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən bölgədə münaqişə sonrası formalaşan yeni təhlükəsizlik vəziyyəti, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin timsalında qardaş ölkənin bu təhlükəsizlik formatının bir hissəsi olması, post münaqişə bərpa və quruculuq prosesi, bölgənin üzləşdiyi ən ciddi təhdidlərdən olan mina təhlükəsi, habelə Türkiyənin azad olunmuş ərazilərimizin minadan təmizlənməsi və quruculuğu prosesində iştirakı kimi məsələlər barədə məlumat verdi.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç ölkəmizin ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edərək qələbə xəbərinin yüksək sevinclə qarşılandığını qeyd edib və ölkənin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib.

 

Türkiyənin hər zaman və hər şərtlərdə Azərbaycanın yanında olduğunu, siyasi və mənəvi dəstəyini Azərbaycandan əsirgəmədiyini bildirən A.Kılıç Böyük Millət Məclisinin də bu dövrdə öz iradəsini açıq şəkildə ortaya qoyduğunu vurğulayıb.


O, imzalanmış üçtərəfli bəyanatların bölgədə yeni imkanlar açdığını qeyd edərək, Azərbaycanın sülh və tərəqqi tərəfdarı olduğu halda, bu fikirlərə qarşı kimin çıxış etdiyinin göz qarşısında olduğunu söyləyib.

Səfər çərçivəsində Azərbaycan dövlət başçısı tərəfindən qəbul olunduqlarını, Milli Məclisdə görüşlərin keçirildiyini razılıqla qeyd edən qarşı tərəf, səfərin uğurla həyata keçirildiyini bildirib.

Tərəflər iki ölkə arasında bütün istiqamətlər üzrə mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Bunu deyən valideynlər yalan danışır"

“Bunu deyən valideynlər yalan danışır"

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

End of content

No more pages to load

RADİO