İlham Əliyevdən Qurban bayramı TƏBRİKİ 

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: 

"Hörmətli həmvətənlər! 

Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. 

İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir. 

Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Bu günlərdə həm Həcc ziyarətində, həm də ölkəmizin hər yerində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.

Əziz bacı və qardaşlarım! 

Ümidvaram ki, bu mübarək bayram günlərində dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradan mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.

Bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram. 

Qurban bayramınız mübarək olsun!". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Salyanda 2 avtomobil toqquşdu - Yaralılar var

Salyanda 2 avtomobil toqquşdu - Yaralılar var

“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - VİDEO

İstisuya qar yağır - VİDEO

İstisuya qar yağır - VİDEO

Məleykə Əsədova qızı ilə obyektiv qarşısına keçdi - VİDEO

Məleykə Əsədova qızı ilə obyektiv qarşısına keçdi - VİDEO

Tramp: “İstəsək, İranı bir günə məhv edə bilərik”

Tramp: “İstəsək, İranı bir günə məhv edə bilərik”

Azərbaycanda yenə qohum evliliyi baş tutub - Qanuna ƏMƏL ETMİRLƏR

Azərbaycanda yenə qohum evliliyi baş tutub - Qanuna ƏMƏL ETMİRLƏR

Rusiya ordusu Xarkov və Donetsk vilayətlərində irəliləyib

Rusiya ordusu Xarkov və Donetsk vilayətlərində irəliləyib

Heyvanın möcüzələri hər kəsi heyrətləndirir

Heyvanın möcüzələri hər kəsi heyrətləndirir

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

SEPAH Trampa xəbərdarlıq etdi

SEPAH Trampa xəbərdarlıq etdi

“Sabah” Türkiyə klubuna qalib gəldi

“Sabah” Türkiyə klubuna qalib gəldi

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

İsraildə bayram tədbirləri ləğv edilir

İsraildə bayram tədbirləri ləğv edilir

İsrail yenidən müharibəyə hazırlaşır

İsrail yenidən müharibəyə hazırlaşır

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

End of content

No more pages to load

RADİO