Ədalət Vəliyev parlamentdə təmsil olunan partiya nümayəndələri və deputatlarla görüşdü - FOTO

Bu gün Milli Məclisin Sədri Sahibə Qafarova və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə “Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda onlayn formatda konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Elnur Allahverdiyev məlumat verib.

Deputat bildirib ki, parlamentdə təmsil olunan partiya nümayəndələri və deputatların iştirakı ilə keçirilən tədbirin başlıca mövzusu ölkədəki siyasi qüvvələr arasındakı qarşılıqlı anlaşma mühiti olub:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların əhəmiyyətli hissəsi siyasi proseslərə aiddir. Dövlət başçısının təşəbbüskarı olduğu siyasi dialoq ölkədaxili siyasi qüvvələr arasında pozitiv münasibətlərin formalaşması və möhkəmlənməsi, bunun isə öz növbəsində iqtisadi və sosial proseslərə müsbət təsiri göz önündədir.

Siyasi dialoq mühiti bütövlükdə ölkəmizdə siyasi konfiquryasiyanın yenilənməsi, onun əməkdaşlıq müstəvisinə keçməsi üçün güclü stimul rolunu oynayır.

2020-ci ildə 7 yeni partiya qeydiyyata alınıb. Sonuncu dəfə partiyaların qeydiyyatı 2011-ci ildə baş vermişdi. Ötən il, həmçinin, siyasi partiyaların normal fəaliyyəti üçün onların qərargahla təminatı probleminin həllində ciddi yeniliklər baş verib.

20 siyasi təşkilata dövlət tərəfindən ofislər təqdim olunub. Azərbaycanın qanunverici orqanı - VI çağırış Milli Məclisdə 11 siyasi partiyanın nümayəndələri təmsil olunub, onların bir neçəsi bu siyasi təşkilatlara rəhbərlik edirlər.

Siyasi fikir müxtəlifliyinin əməkdaşlığının kiçik modeli olaraq Yasamal rayonunu qeyd edə bilərik.

Rayonu təmsil edən 4 deputat və yerli İcra Hakimiyyəti tərəfindən ortaya çıxan problemlər və əhalinin qayğılarının həlli istiqamətində nümayiş olunan həmrəylik bir çox çətinliklərin müsbət həllinin başlıca səbəbi kimi çıxış edir. Prezidentin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı özünü əməli şəkildə təsdiqləyir”. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Bunu deyən valideynlər yalan danışır"

“Bunu deyən valideynlər yalan danışır"

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

End of content

No more pages to load

RADİO