Zakir Həsənov: “Döyüş hazırlığımızı gücləndirəcəyik”

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan Respublikasının müdafiəsinin güclənməsi naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan dövləti regionda möhkəm və davamlı sülhün, sabitliyin bərqərar edilməsində, qorunmasında mühüm rol oynayır.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş milli ordu quruculuğu müstəqilliyini yenidən qazanan ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoydu.

26 iyun 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etmişdi.

Hərb tariximizin şanlı səhifəsi sayılan, bu gün 105 illiyini böyük qürur və iftixar hissi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır.

Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısının nəticəsidir ki, ölkəmizin müdafiə qüdrəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilmişdir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi.

Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad olunmuş torpaqlarımızda rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə dövlətimizin başçısının rəhbərliyi ilə başlayan bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, böyük qayıdışa layiqli töhfələrini verməkdədir.

Şəhid ailələri, hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və probemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq, döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.
Hər zaman olduğu kimi, bu bayram günündə də Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, onların unudulmaz xatirəsini əziz tuturuq. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizi də 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha bütün şəxsi heyəti ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Salyanda 2 avtomobil toqquşdu - Yaralılar var

Salyanda 2 avtomobil toqquşdu - Yaralılar var

“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - VİDEO

İstisuya qar yağır - VİDEO

İstisuya qar yağır - VİDEO

Məleykə Əsədova qızı ilə obyektiv qarşısına keçdi - VİDEO

Məleykə Əsədova qızı ilə obyektiv qarşısına keçdi - VİDEO

Tramp: “İstəsək, İranı bir günə məhv edə bilərik”

Tramp: “İstəsək, İranı bir günə məhv edə bilərik”

Azərbaycanda yenə qohum evliliyi baş tutub - Qanuna ƏMƏL ETMİRLƏR

Azərbaycanda yenə qohum evliliyi baş tutub - Qanuna ƏMƏL ETMİRLƏR

Rusiya ordusu Xarkov və Donetsk vilayətlərində irəliləyib

Rusiya ordusu Xarkov və Donetsk vilayətlərində irəliləyib

Heyvanın möcüzələri hər kəsi heyrətləndirir

Heyvanın möcüzələri hər kəsi heyrətləndirir

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

SEPAH Trampa xəbərdarlıq etdi

SEPAH Trampa xəbərdarlıq etdi

“Sabah” Türkiyə klubuna qalib gəldi

“Sabah” Türkiyə klubuna qalib gəldi

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

İsraildə bayram tədbirləri ləğv edilir

İsraildə bayram tədbirləri ləğv edilir

İsrail yenidən müharibəyə hazırlaşır

İsrail yenidən müharibəyə hazırlaşır

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

End of content

No more pages to load

RADİO