Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Qarabağın erməni sakinlərini Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana aparmasının görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, erməni sakinlər məntəqədə sənədləri yoxlanıldıqdan sonra heç bir maneəsiz Ermənistana gediblər.
Qeyd edək ki, BQXK-ya məxsus tibbi yardım maşınları 15 xəstəni də Ermənistana aparıb. Eyni zamanda, Ermənistana müalicəyə göndərilmiş 16 nəfər bu gün BQXK-in müşayiəti ilə Xankəndiyə qaytarılacaq.
Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb.
Buna baxmayaraq, ərazidə baş verənlər onu göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir.
Bizim.Media