Macarıstan azad olunan ərazilərin minalardan təmizlənməsinə ianə ayırıb - XİN rəhbəri

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında görüş keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər arasında təkbətək başlanılan görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.

Macar həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov xalqlarımız arasındakı qədim tarixi əlaqələrə əsaslanan ikitərəfli münasibətlərimizin dostluq, əməkdaşlıq və stateji tərəfdaşlıq ruhunda inkişafını məmnunluqla vurğulayıb. Ölkələrimiz arasında mövcud olan siyasi dialoqun uğurla həyata keçirildiyi qeyd olunub.

Macarıstanın Azərbaycanın beynəlxalq hüquq və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı sərgilədiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.

Nazir Peter Siyarto ölkələrimiz arasında mövcud olan strateji münasibətlərin sözdə deyil, əməldə özünü nümayiş etdirdiyini qeyd edib və bu əməkdaşlığın praktiki nəticələrinin olmasının əhəmiyyətini vurğulayıb.

Macarıstanın Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyi bir daha ifadə edilib.

Hazırda bölgənin münaqişə sonrası bərpa və quruculuq mərhələsinə qədəm qoyduğunu söyləyən nazir Ceyhun Bayramov Azərbaycanın dövlət başçısı tərəfindən bildirildiyi kimi, bu prosesdə dost və tərəfdaş ölkələrin iştirak edə biləcəyini vurğulayıb.

Bu xüsusda, Macarıstan tərəfinin münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası və quruculuğu prosesində iştirakı marağı, o cümlədən Macarıstanın EXIM bankının bununla əlaqədar öz şirkətlərinə 100 milyon ABŞ dolları dəyərində kredit ayırması qərarı məmnunluqla qeyd olunub.

Habelə azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərinə Macarıstan hökumətinin ianə ayırması təklifi yüksək qiymətləndirilib.

Tərəflər iki ölkə arasında enerji, kənd təsərrüfatı, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Bunu deyən valideynlər yalan danışır"

“Bunu deyən valideynlər yalan danışır"

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

End of content

No more pages to load

RADİO