Xəbər verdiyimiz kimi, ötən il Azərbaycan Respublikasının Fransadakı Səfirliyi önündə keçirilmiş icazəsiz aksiya zamanı səfirliyin binasına hücum etmiş şəxs cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün “Twitter” hesabında bununla bağlı paylaşım edib.
"Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzası verilib və dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılıb. Ədalətin zəfərini qeyd edək və təcavüzkar hərəkətləri pisləyək", - deyə diplomat qeyd edib.



Bizim.Media