“Zəngəzur dəhlizi bizim üçün şah damardır” – Fatih Şenerdən EKSKLÜZİV AÇIQLAMA

“Zəngəzur dəhlizi Türkiyənin Orta Asiya ilə iqtisadi inteqrasiyası üçün önəmli əhəmiyyətə sahibdir. Öncə Azərbaycan Prezidenti İlham Əliyevə bu böyük imkanı bizlərə bəxş edəcəyi üçün xüsusi təşəkkür edirik”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyə Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının (UND) vitse-prezidenti Fatih Şener deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizi üçün YAŞIL İŞIQ – Tarixi görüşdən MÜHÜM MESAJLAR


Zəngəzur dəhlizinə Türkiyəni daha çox ehtiyacı olduğuna diqqət çəkən Fatih Şener, layihənin reallaşaması ilə iqtisadi yüksəlişin olacağını vurğulayıb:

“Mövzuya Türkiyə prizmasından baxdığımız zaman, Azərbaycana və oradan da Orta Asiyaya çıxmaq üçün ən çox istifadə etdiyimiz Gürcüstan-Azərbaycan yolumuz var. Bir də İran üzərindən Orta Asiyaya getmək imkanlarımız mövcuddur. Lakin İrandakı sanksiyalar baxımından bu çətindir. Rusiya və Qazaxıstan üzərindən getmək üçün də xeyli çətinliklərimiz var. 

Bütün bunları nəzərə aldıqda, Azərbaycan tarix boyu olduğu kimi önəmli strateji və coğrafi rola sahibdir. Zəngəzur dəhlizi açılsa, nə olacaq? Artıq Türkiyə Beynəlxalq Nəqliyyatçıları Gürcüstandan keçmək məcburiyyətində qalmayacaq. İki gömrükdən keçmək, başqa ölkələrin ərazisinə girmək məcburiyyətində qalmayacağıq. 

Naxçıvan üzərindən birbaşa Azərbaycana bağlanmaq həm prosedurlar baxımından bizim işimizi asanlaşdıracaq, həm də coğrafi olaraq məsafəni qısaldacaq. Yolu iki dəfə qısaldan bu layihə bizə yeni fürsətlər açacaq.

Hazırda İran və Rusiya üzərində bir çox ölkələrə daşımalar həyata keçirən Türkiyə böyük çətinliklərlə qarşılaşır. Lakin dəhlizin reallaşması bu çətinlikləri də geridə qoyacaq”.

Təşkilat sədri qeyd edib ki, onsuz da bu dəhlizin kəsilmiş olması Türk dünyasının qəlbindəki xəncər kimi idi:

“Artıq bu xəncər yerindən çıxardılacaq. Allah şəhidlərimizə rəhmət etsin, lakin Zəngəzur dəhlizi müharibədən sonrakı dönəmdə ən strateji layihə kimi qarşımıza çıxdı. Türkiyə daşıyıcıları olaraq biz də Azərbaycana çox təşəkkür edirik. 

Türk dövlətlərinin güclənməsi orta Asiyadakı dəhlizlərin güclənməsinə bağlıdır. Zəngəzur dəhlizi bizim üçün şah damardır, yəni, ən önəmli layihədir. Çünki Rusiya və İran üzərindən getməyimiz bu ölkələrin icazələrinə qalmış olur. 
İki ölkə ticarətə nəzarət edər, statistikasını aparar. Lakin Zəngəzur dəhlizindən istifadə etdiyimizdə belə çətinliklər qalmayacaq və iqtisadiyyatmız da güclənəcək. Tarix boyu ticarət yolları haradan keçibsə, zənginlikdə oralarda olub. Zəngəzur dəhlizi həm də Bakıya zənginlik gətirəcək. Böyük həyəcanla layihənin tez bir zamanda reallaşmasını gözləyirik”.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

End of content

No more pages to load

RADİO