AŞPA-dakı nümayəndəmizdən təşkilatın Laçın yolu ilə bağlı qərarına ETİRAZ – “Sifarişli addımdır...”

İyunun 22-də AŞPA-da Laçın yolu ilə bağlı müzakirələr aparılacaq. Siyasi ekspertlərin fikrinə görə, nəticə burada əvvəldən bəllidir. Müzakirələrin sonunda Azərbaycanın əleyhinə təxribat xarakterli qərar qəbul ediləcək. 

Bu da təbii ki, AŞPA-nın ikili siyasəti ilə bağlıdır. 

Çünki, bu qurum da Avropanın böyük dövlətlərinin maşasıdır. Böyük güclər istədikləri qərarları çox asanlıqla AŞPA-da qəbul etdirə bilirlər. Azərbaycan əleyhinə çıxış edən ölkələrin önündə isə təbii ki, Fransa gəlir. Fransalı deputatların erməni diasporunun pul kisəsindən asılı olduğu hər kəsə bəllidir.

Doğrudur, AŞPA-nın qərarı tövsiyyə xarakterlidir və məcburi icra mexanizminə malik deyil. Lakin bütün hallarda qurumun qəbul edəcəyi qərar Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq hüquqa hörmətsizlikdir.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə bildirdi ki, bir sıra ölkələr Azərbaycana qarşı yalan və iftira dolu kampaniyalar aparır:
 

MÖVZU İLƏ BAĞLI:

AŞPA-dan sülhə növbəti ƏNGƏL – Laçında gərginlik ssenarisi nəyə HESABLANIB?


“Bu ölkələrlə bağlı qüvvələr də bu iyrənc kampaniyanı  Beynəlxalq təşkilatlarda həyata keçirtmək istəyirlər.Əslində bu cür addımlar sülh prosesinə maneəçilik törədir, regionda gərginliyi artırır. 

AŞPA-da müzakirəyə çıxarılan məsələ Ermənistandan daha çox Rusiya və İranın maraqlarına uyğundur. Baxmayaraq ki, Avropa dövlətləri hər iki ölkəyə tətbiq edilən sanksiyaların sayını durmadan artırır.

Bununla belə həmin dövlətlərin regiondakı marağının AŞPA kimi qurumda müdafiə olunması sadəcə təəssüf doğurur. Bu, təkcə AŞPA-nın deyil, digər Avropa institutlarının da fəaliyyətində obyektivliyin olmasına ciddi şübhə yaradır”.

Asim Mollazadə AŞPA-nın bu addımını sülh prosesinin pozulmasına birbaşa yönəlmiş təxribat kimi qiymətləndirib:

“Bu cür hərəkətlər sülh prosesini pozur. Təbii ki, qurumdakı  Azərbaycan nümayəndə heyəti müzakirələrdə öz kəskin etirazlarını bildirirlər. Amma hamıya bəllidir ki, bu cür təxribatçı qərarlar ancaq sifarişlə qəbul edilir. Baxmayaraq ki, qəbul ediləcək qərar ancaq çağırış və tövsiyə xarakterlidir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

End of content

No more pages to load

RADİO