Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə Vaşinqtonda Azərbaycanla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin əsas məqsədini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" nəşri yazıb.
Paşinyan hökumətin iclasında Ermənistan nümayəndə heyətinin bu görüşə münasibətləri tezliklə normallaşdırmaq və sülh sazişi imzalamaq niyyəti ilə gedəcəyini bəyan edib.
Qeyd edək ki, Paşinyan Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin gələn həftə Vaşinqtonda görüşəcəyini bildirib.
Bizim.Media