Azərbaycanın XİN başçısı Ukrayna Bərpa Konfransında iştirak edib

21-22 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında iştirak və çıxış edib. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb. 

Çıxışında nazir Ceyhun Bayramov, çoxsaylı insan təlafatı və humanitar fəlakətə səbəb olan Ukrayna ətrafında yaranmış vəziyyətin Avropada sülh və təhlükəsizliyə böyük təhdid olduğunu bildirib.

Bu xüsusda, Azərbaycanın yaranmış bu böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində ən qısa zamanda həllini tapmasını dəstəklədiyi qeyd olunub. 

Nazir Ceyhun Bayramov, Azərbaycanın vəziyyətin gərginləşdiyi ilk günlərdən, 27 fevral 2022-ci il tarixindən başlayaraq Ukraynaya ilk humanitar yardımlarını göndərdiyini diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın ötən əsrin 90-cı illərindəki acı təcrübəsinə istinadən müharibə və münaqişə dövründə mülki əhalinin, xüsusilə də uşaqların cəmiyyətin ən həssas seqmentlərindən birini təşkil etdiyini yaxşı anladığımızı bildirib. Bu xüsusda, ölkəmiz tərəfindən Ukraynadan olan 100 uşağa tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərildiyi, ilin sonuna qədər bu rəqəmin iki dəfə artırılmasının planlaşdırıldığı qeyd edilib. 

Azərbaycanın post-münaqişə dövründə bərpa və yenidənqurma təcrübəsinə istinad edən nazir Ceyhun Bayramov, Ermənistan işğalından azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edib. Bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin verilməməsinin, habelə mina təhdidinin davam etdirilməsinin görülən işlərə hədə törətdiyi diqqətə çatdırılıb.

Mövcud çətinliklərə baxmayaraq, Azərbaycanın mina təmizləmə sahəsində də Ukrayna üçün avadanlıq təmin etmək niyyətində olduğu bildirilib. 

Nazir Ceyhun Bayramov, Azərbaycanın post-münaqişə dövründə bərpa işləri ilə bağlı təcrübəsini və dəstəyini əsirgəmədiyini diqqətə çatrdıraraq, ölkəmizin artıq Ukraynada aparılan bir sıra quruculuq işlərinə, o cümlədən İrpin şəhərində məktəbin bərpa edilməsinə dəstək göstərdiyini qeyd edib. 
Ukraynada bərpa və yenidənqurma səylərinə göstərdiyimiz dəstəyimizin bundan sonra da davam etdiriləcəyi bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır?

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır?

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

Səudiyyə Ərəbistanı İraqa NOTA VERDİ

Səudiyyə Ərəbistanı İraqa NOTA VERDİ

Tramp: “İran yenidən danışıqlar masasına qayıdacaq”

Tramp: “İran yenidən danışıqlar masasına qayıdacaq”

End of content

No more pages to load

RADİO