Partiya sədrləri yüksək cərimələrlə bağlı NƏ DÜŞÜNÜRLƏR? – SORĞU 

Azərbaycanda siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir.

Dəyişikliklərə əsasən, Azərbaycan ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər isə 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə olunacaq.

Eyni zamanda siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək məbləğdə cərimələnəcək.
Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə "Siyasi partiyalar haqqında" qanunla müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumatın təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 000 manatadək cərimə olunacaq.

Görəsən, partiyalar yeni dəyişikliklərlə bağlı nə düşünürlər? 

Bizim.Media-ya açıqlamasında AXP sədri Pənah Hüseyn qeyd edib ki, dünya ölkələrinin mütləq əksəriyyətində dövlət qeydiyyatından keçən partiyalara müəyyən imtiyazlar verilir:
 

MÖVZU İLƏ BAĞLI:

Yeni qanunun QURBANLARI – Son 2 ayda fəaliyyətini dayandıran 18 PARTİYA – SİYAHI 


“Qeydiyyatdan keçməyən siyasi partiyalara isə qadağa qoyulmur. Amma bir halda ki, siyasi partiyalar haqqında qanun qəbul olunub, istənilən qanuna əməl etmək lazım gəlir. Lakin bu həmin qanunun dəyişdirilməsi istiqamətində fəaliyyəti də istisna etmir. Hazırda prioritet vəzifələrdən biri bu qanunun partiyaların fəaliyyətinə əngəl olan bəzi müddəalarının dəyişdirilməsinə nail olmaqdır”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı partiyalar haqqında qəbul edilən qanundan sonra qanunvericiliyin pozulmasına görə, siyasi təşkilatlara cərimələrin tətbiq edilməsini doğru yanaşma hesab etmir:
“Milli Məclisdə partiyalarla bağlı qəbul olunan qanun normal qanundur. Orada da partiyaların fəaliyyətilə bağlı cərimələr nəzərdə tutulmayıb. Fikrimcə, partiyalarla bağlı qanun qəbul edib, o biri tərəfdən də partiyalar haqqında qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində yeni cərimələr müəyyənləşdirmək doğru deyil. Proses qanunla uzlaşmalıdır.
Qanunda isə belə bir məsələ yoxdur. Amma İnzibati Xətalar Məcəlləsinə təklif edilən həmin dəyişiklikdə də qorxulu bir şey görmürəm. Partiyalar bütün hallarda qəbul edilən qanun çərçivəsində fəaliyyət göstərməlidir”.

AMİP sədri Arzuxan Əlizadə də partiya fəaliyyətilə bağlı qadağaların yüksək cərimələrlə müşayiət olunmasını istəmir: 

“Son dövrlər İnzibati Xətalar Məcəlləsində cərimələrin artırılması tendensiyası baş verir. Amma tətbiq edilən bu cərimələr vətəndaşlarımızın bu günki sosial durumuna adekvat deyil. Siyasi partiyalar haqqında yeni qanun qəbul olunub. İnzibati Xətalar Məcəlləsinə də həmin qanunun müddəalarına müvafiq bəndlər əlavə edilməkdədir. İstəməzdik ki, qadağalar yüksək cərimələrlə müşayət olunsun. 

Qanunda qeydiyyatdan keçməyən partiyaların siyasi fəaliyyəti qadağan olunur. Bu əslində mübahisəli müddəadır. Ancaq artıq qanun qəbul olunub və ona əməl etmək hər birimizin borcudur”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

End of content

No more pages to load

RADİO