"Şuşanın Azərbaycan ordusu tərəfindən geri alınması dönüş nöqtəsi oldu".
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında səsləndirib.
O, Şuşanın təkcə simvolik deyil, həm də strateji əhəmiyyət daşıdığını deyib:
“Şuşanın geri alınmasından sonra Xankəndi hücuma məruz qalacaqdı, Xocavəndə təzyiqlər artacaqdı, ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə düşəcəkdi”.
Paşinyan həmçinin iddia edib ki, o, 2020-ci il atəşkəs bəyanatını noyabrın 9-u səhər saatlarında imzalayıb, baxmayaraq ki, sənədin özü yalnız noyabrın 10-a keçən gecə saatlarında açıqlanıb.
Bizim.Media