Azərbaycan və Gürcüstan XİN arasında siyasi məsləhətləşmələr KEÇİRİLİB 

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikası və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. 

Azərbaycanın Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstan tərəfindən isə həmin ölkənin xarici işlər nazirinin birinci müavini Laşa Darsalia rəhbərlik edib. 
İlk öncə nümayəndə heyəti Tbilisi şəhərindəki Heydər Əliyev Parkına gələrək Ümummilli Liderin parkda ucaldılmış abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyub.

Həmçinin nümayəndə heyəti Qəhrəmanlar meydanındakı Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub. 

Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar müzakirə olunub. İqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd edilib. Azərbaycan-Gürcüstan əməkdaşlığının regiona töhfəsinin vacibliyinə vurğu edilib. Eyni zamanda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının və regional əməkdaşlığın əhəmiyyəti qeyd olunub. 

X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səyləri və addımları barədə qarşı tərəfə məlumat verib. Bu çərçivədə, Gürcüstan rəhbərliyinin və hökumətinin təşəbbüslərinin yüksək qiymətləndirildiyi bildirilib. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar və bu addımlara münasibətdə Ermənistan tərəfindən aparılan pozuculuq fəaliyyətlərini qarşı tərəfin diqqətinə çatdırıb. 

Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətinə toxunub, hər iki ölkənin səfirliklərinin fəaliyyətini yüksək qiymətləndirib. 

Görüş zamanı, Azərbaycan və Gürcüstan arasında strateji xarakter daşıyan dostluq və qonşuluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

End of content

No more pages to load

RADİO